Ağdamda 41 yaşlı
kişini elektrik cərəyanı vuraraq öldürüb
Ağdam sakini bədbəxt hadisə nəticəsində ölüb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə köçkünlər üçün salınmış Təzəkənd qəsəbəsində baş verib.
Qəsəbə sakini, 41 yaşlı Fərzalı Əliyev avtomobil yuyulması məntəqəsinə gələrək maşınını yumaq istəyərkən elektrik cərəyanı onu vurub.
Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, F.Əliyev həkimlər gələnə kimi dünyasını dəyişib.