126018_res_01

Bu gün səhər saatlarında bu il yanvar ayının 1-də itkin düşmüş Neftçala şəhəri, S.Vurğun küçəsi, 7 saylı evdə yaşayan 51 yaşlı evdar qadın Xoşbəxt Nurəddin qızının üzərində zorakılıq əlamətləri olmayan meyiti evlərinin yaxınlığındakı Qobu adlanan su hövzəsindən tapılıb.

Qadının suyun üzünə çıxmış cəsədini yaxınlıqdan yol keçən uşaqlar təsadüfən görüb xəbər veriblər.

Xəbər verdiyimiz kimi, qadının həyat yoldaşı Fəxrəddin və oğlu Vüqar traktorçudurlar , "K-700” markalı traktorları ilə yerli təsərrüfatlarda muzdla işləyirlər. Vüqar bir müddət əvvəl "Finka-Bank”ın Neftçaladakı filialından 3500 dollar və 3500 AZN kredit götürübmüş ki, traktorlarına ehtiyat hissələri alıb təmir etsinlər. Onlar krediti götürdükdən 10 gün sonra manat ucuzlaşdığından kredit borcları da qəfil artıb. Bu, ailəsinin qayğısına qalan qadına çox pis təsir edibmiş. Tez-tez təəssüflənirmiş ki, "Vüqar nahaq bu krediti götürdü, indi qışın bu günündə traktora tarla işi olmadığı üçün qazancı da olmayacaq ki, krediti ödəsin, bu azmış kimi, borcu da yarıbayarı artdı”.

Ailəsi ilə onlarla birgə yaşayan oğlu Vüqarın kredit borcu üçün darıxan ananın son vaxtlar çox fikirli olduğu və darıxdığı,stress keçirdiyi deyilir.

Həyat yoldaşı Fəxrəddinin ona darıxmamağı tövsiyə etməsi, işləyib krediti ödəyə biləcəyini deməsi də nəticəsiz qalıbmış.

Yanvarın 1-də isə Xoşbəxt İmanova səhər saat 6-7 radələrində ailə üzvləri yuxuda olarkən gündəlik geydiyi paltarda evdən çıxmış və bir daha geri qayıtmamışdı. Buna görə elə həmin gün də bu barədə Neftçala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət olunmuşdu.

Qohumları onun intihar edə biləcəyini düşünərək evlərinin yanında yerləşən, Qobu adlanan su hövzəsində və Kür çayında dəfələrlə axtarış aprsalar da bir nəticə hasil olmamışdı.(virtualaz.org)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300