Saç tökülməsinin qarşısını necə almaq olar? (MƏSLƏHƏT)

Əgər gün ərzində saçınızda 100-dən artıq tel düşmürsə, bu normal hesab edilir. Yox, bu rəqəm daha çoxdursa, o zaman səbəbi aydınlaşdırmaq məsləhətdir.

"Qaynarinfo" xəbər verir ki, belə ciddi narahatçılıqdan qurtulmaq üçün saçların tökülməsinə qarşı xüsusi vasitələrdən istifadə etmək lazımdır. Qadınlarda bu problem uzun müddətli stressdən, hormonal pozulmalardan, uyğun olmayan dərmanların və s. istifadəsindən xəbər verir.

Qeyd etmək lazımdır ki, yaş artdıqca başda tellər daha azalır. Bu onunla bağlıdır ki, hər bir insanda hələ doğulmamışdan əvvəl tük soğanaqlarının müəyyən miqdarı formalaşır. Vaxt ötdükcə yağlı vəzilər daha az piy istehsal edir, buna görə saçlar quruyur. 50 yaşından sonra, qadınlarda başlayan klimakteriya səbəbindən (estrogenlərin hazırlanması azalır) saçlar seyrəlməyə başlayır. Bu problemə qalib gəlmək üçün, onun öhdəsindən gələn müxtəlif üsulları sınaqdan keçirməyə dəyər.

Saçların tökülməsinə qarşı vasitələr:

Ot cövhərləri

Qatırquyruğu, istiot nanəsi və palıd ağacının (hərəsindən 30 q) qabığını qatışdırırıq. Daha sonra onları, 1.0 litr suyla qaynadırıq. Qabın qapağını örtüb, ilıq olduqdan sonra istifadə edirik.

Üç şalğama oxşar soğan və sarımsaq götürürük (hərəsindən 2 baş). Soğan və sarımsaq sıyığını tənzif vasitəsi ilə sıxıb, şirəsini çıxardırıq. Saçları iki yerə bölürük və onlara sarımsaq-soğan mayesini sürtürük. Başımızı 2 saatlıq dəsmalla bağlayırıq.

Soğan qabığı və palıd ağacının qabığından hazırlanan həlim, saçların tökülməsinə imkan verməyəcək və onlara parlaqlıq verəcək. Hazırlamaq üçün soğan və palıd ağacı (hərəsindən 100 q) qabığından eyni miqdarda götürürük. 1 litr qaynar su əlavə edib zəif odda təxminən 1 saat saxlayırıq. Hazır olan qatışığı soyuduruq və istifadə edirik.

Qadınlarda saçların tökülməsinə qarşı dərman vasitələri:

Əksər hallarda saçlar təbii vasitələrlə müalicə edir, amma bəzən yalnız təsirli dərman preparatlarıyla öhdəsindən gəlmək alınır.

Silokast - saçları çox yaxşı anlayan, saçların tökülməməsi üçün mübarizə aparan dərmandır. O yalnız saçların düşməsinə mane olmur, həm də yenilərin artmasını təhrik edir. Bu preparat saçlara qeyri-adi parıltını və təravəti verir.

Foltena Farma - kifayət qədər güclü vasitədir, hansı ki, heç yuyulub təmizləmək də lazım olmayacaq. İstifadəsi çox rahatdır. Onun saçlara yüngül masaj edərək tətbiq etmək lazımdır. O həm saçların strukturunu, həm də saçların köklərini bərkidir.

Nərmin Həsənli, Qaynarinfo.Az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300