"Qarabağ” "Atletiko” ilə oyun ərəfəsində heyətlə bağlı problemlərlə üzləşib

 

"Qarabağ” komandası futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin III turunda Bakıda İspaniya "Atletiko”su ilə keçirəcəyi oyun ərəfəsində heyətlə bağlı problemlə üzləşib.

"Report” xəbər verir ki, bu barədə Ağdam komandasının kapitanı Rəşad Sadıqov açıqlama verib. O, oktyabrın 13-də Azərbaycan Premyer Liqasının VII turunda "İnter” və ayın 18-də "Atletiko”ya qarşı matçlara tam heyətlə hazırlaşacaqlarına ümid etdiyini söyləyib: "Yakub Jezniçak, Maksim Medvedev əvvəldən zədəli idi. Miçel son məşqlərdə ayağında ağrı hiss etdi. Hazırda o, məşq etmir. Futbolçularımız millinin düşərgəsindən yorğun qayıdıb. Bədavi Hüseynov və mənim ayağımda ağrılar var. Sıx qrafiklə çıxış edirik. Oyunlar da ağır olduğundan, stresləri çoxdur, fiziki cəhətdən xeyli güc sərf edirik. Hazırda ən əsas problemimiz mikrozədələrdir. İnanıram ki, həm "İnter", həm də "Atletiko" ilə oyunlara tam heyətlə hazırlaşa biləcəyik”.

Eyni zamanda "Qarabağ”ın U-19 komandasının baş məşqçisi olan R.Sadıqov UEFA Gənclər Liqasında İspaniya təmsilçisi "Atletiko”ya qarşı keçirəcəkləri oyunda iştirak etməyəcəyini bildirib. O, bunu əsas komandanın görüşü ilə əlaqələndirib: "Gənclər komandasının oyununa o qədər də fəal hazırlaşmayacağam. Fikrimi əsas komandanın matçına yönəldəcəyəm. Fürsət düşdükcə, məşqlərdə iştirak edəcəyəm. Lakin əsas komandanın matçında iştirak etsəm, gənclərin qarşılaşmasında məşqçi skamyasında yer almayacağam”.

Qeyd edək ki, Rəşad Sadıqov "Qarabağ”ın Gənclər Liqasındakı ilk iki oyununda məşqçi skamiyasında yer alıb. Onun rəhbərlik etdiyi kollektiv səfərdə İngiltərə "Çelsi”sinə 0:5, Bakıda isə İtaliya təmsilçisi "Roma”ya 0:3 hesabı ilə uduzub

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300