Eltac Turan Türk: Maşında çeşidli təhqirlərə və sillələrə məruz qaldım.

3 saata yaxın polis nəzarətində tutulan Eltac Turan Türk saxlanılmasının motivlərini "Basta”ya danışdı.

Eltac Turan Türk bildirir ki, saat 12:24 radələrində məcburi köçkünlərin yaşadığı binadan məcburi olaraq çıxarılması haqqında xəbər alıb, həmən ora yollanaraq çəkilişə başlayıb. Evlərin birindən qışqırıq səsi eşidən Eltac ora qaçaraq çəkməyə başlayıb. Polislər evdəki əyşaları maşına yükləyərkən ev sahibi etiraz edirmiş…

"Çəkməyimdən narahat olurdular. Dərhal yanıma bir polis serjantı gəldi və kobud şəkildə niyə çəkdiyimi soruşdu. Jurnalist olduğumu və konstitusiyanın buna icazə verdiyini söylədim. Polis uzaqlaşdı. Daha sonra kapitan rütbəsi daşıyan polis işçisi məni zorla çağırdıqları "Mercedes” markalı minik avtomobilinə təpikləyərək, zorla mindirdilər. Maşında çeşidli təhqirlərə və sillələrə məruz qaldım. 7-ci polis bölməsinə gətirildim. Fotoaparatımda olan məlumatların hamısı silindi. Fürsət tapıb dostlarımdan ikisinə xəbər etdim. Sonra isə telefonum əlimdən alındı və söndürüldü. 3 saatdan sonra dostlarım, vəkilim gəldi. Burda yazdıqlarımı izahatımda da bildirdim. Vəkilimlə məhkəməyə müraciət edəcəyik.” –Eltac Turan Türk bildirib.

 

Xatırladaq ki, Eltac Turan Türk bu gün saxlanılaraq Polis Bölməsinə aparılıb.Eltac Turan Türk hakimiyyətin tənqid olunduğu video-çarxları ilə məşhurdur. O, Müsavat Partiyası Məclisinin keçmiş üzvü, mərhum Könül Turan Türkün oğludur.

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300