Dubay aeroportunda sifətin tanınması sistemi tətbiq ediləcək

Dubay Beynəlxalq Aeroportu "Emirates" aviaşirkəti ilə əməkdaşlıq çərçivəsində sərnişinlərin sifətinin tanınması sistemini tətbiq etməyi planlaşdırır.

AZƏRTAC"hitech.newsru.ru" saytına istinadən xəbər verir ki, sərnişinlər bir növ akvariumu xatırladan dəhlizdən keçməli olacaq. Dəhlizin daxilində sifətin tanınması və gözün qüzehi qişasının skan edilməsi üçün təxminən 80 kamera quraşdırılacaq, divarlara proyeksiya edilmiş peyzajlar isə insanların başlarını döndərməsinə stimul verəcək ki, bu da tanıma dəqiqliyini artıracaq. Prosedurdan uğurlu keçən sərnişinə yaxşı yol arzulanacaq. Əks təqdirdə aeroport təhlükəsizlik xidmətinin əməkdaşlarını çağıran qırmızı siqnal çalınacaq.

Plana uyğun olaraq, 2018-ci ilin sonunadək aeroportun terminallarından biri yeni nəzarət sistemi ilə təchiz ediləcək və 2020-ci ilədək yeni sistem bütün terminallarda quraşdırılacaq. İstehsalçılar belə hesab edirlər ki, yeni nəzarət sistemi Dubay aeroportunda artmaqda olan sərnişin axını problemini həll edəcək.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300