"Skype” xidmətinə dəyişiklik edildi

"Microsoft” şirkəti "Skype” xidmətinə "Cortana” səs köməkçisini inteqrasiya edib. Beləliklə, messencer artıq süni intellekt elementlərini dəstəkləyir.

 

"Cortana” səs köməkçisi "Skype” istifadəçilərinə öz vaxtlarını planlaşdırmağa və danışığı dəstəkləməyə kömək edir, həmçinin daxil olan mesajları təhlil edərək, cavab variantları təklif edir.

 

Bundan başqa, "Cortana” təqvimdə həmsöhbətlər tərəfindən nəzərdə tutulmuş görüş haqda xatırlatma yaratmağa kömək edəcək.

 

İstifadəçilər birbaşa "Skype” xidmətində internetdə səsli sorğular vasitəsilə axtarış edə bilərlər.

 

"iOS” və "Android” mobil sistemləri üçün "Cortana” səs köməkçisinə malik "Skype” proqramı "App Store” və "Google Play” mağazalarında pulsuz yükləmə üçün əlçatandır.

 

"Skype” proqramı daxilində bu xidmətin imkanlarından hələlik yalnız ABŞ sakinləri istifadə edə bilərlər.(ictnews)

 

"ULUYOL"

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300