Əslində "Böyük Ermənistan"a kim xidmət edir?-ARAŞDIRMA

Son günlər orta məktəb dərslikləri, xüsusilə 10-cu sinif "Ümumu tarix” (rus bölməsi) dərsliyinin 32-ci səhifəsində getmiş xəritə ətrafında yaradılmış qalmaqal səngimək bilmir. Müxtəlf "şəxslər” fürsət gözləyirmiş kimi öz rəqiblərinə qarşı ən çirkin və ləyaqətsiz piar, qaralama aksiyası keçirməkdədir.
Nazirliyi müdafiə etmək, yaxud onların əməllərinə haqq qazandırmaq fikrimiz yoxdur. Hətta təxribat olsa belə. Dərsliklərin son variantına dərslik şöbəsi tərəfindən baxılmalı, diqqətlə incələnməli, sonra isə nəşrinə icazə verilməli idi. Lap götürək ki, elmi baxımından "ərməniyyə” adlanan coğrafi məkanın özlərini "hay” adlanan üzdəniraq və bədnam qonşularımızla eyniliyi olmasa da. Məsələ belədir ki, qaydalara görə müəlliflər dərsliyi yazır komissiyaya təqdim edir. Nazirlik dərsliyi ekspertizadan keçirir, yoxlatdırır, yaxşı mənada "pulunu” verib alır və s. Beləliklə, mülkiyyət keçir Nazirliyin, bu halda dövlətin ixtiyarına. Deməli, bütün hüquqlar qalır Nazirliyin ixtiyarında. Problem və başqa bu kimi situasiyalarda buna Təhsil Nazirliyi cavab verməlidir. Bu işin hüquqi tərəfi.
Müəlliflərdən isə qaranlıq məqamlara aydınlıq gətirmək üçün açıqlamalar alına bilər. Onların buna cavab verib verməməsi isə öz işləridir. Qanunla izahat yalnız Nazirliyin istəyi ilə alına bilər. "Ümumi təhsil sistemində dərsik siyasəti” adlı qanunun 6-cı maddəsində yazılır: "Sifariş yolu ilə yaradılmış dərsliklərin nəşr və yayım hüququ Təhsil Nazirliyinə məxsusdur.”(Mənbə: http://edu.gov.az/az/page/162/537 ).
Maraqlı bir tendensiya yaranır, dərsliyin qiymətləndirərkən Təhsil Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin və AMEA-nın müvafiq ekspertləri də axı bu dərslikləri "yoxlamışdılar. Eyni zamanda 2017-ci ilin fevral ayından Təhsil Nazirliyi həmin dərslikləri elektron halda ictimai müzakirəyə çıxarmışdı. Niyə bütün bu mərhələlərdə "nöqsan” görünmədi?
Bundan başqa, Təhsil Nazirliyi həmin kitabları yığışdırıb "texniki səhvi” düzəltsəydi və bundan ictimaiyyətin xəbəri olmasaydı və yaxud bu qədər ictimai müzakirə olmasaydı, nə olardı? Bəlkə, bu ictimai müzakirəni yaradanlar, genişləndirənlər elə həmin xəritəni rus variantında "peyda” edənlərdir?
Xəritələr yayılır, paylaşlır. Müəlliflər günahkar bilinir, söyülür, təhqir olunur, aşağılanır. Baxmayaraq ki, müəlliflərin ikisi Qarabağ qazisi, biri Qaranağ əlilinin övladıdır. Baxmayaraq  ictimaiyyət həmin adamları yaxşı tanıyır, onların vətəni sevməsini yaxşı bilir.
Deməli, yad əllər var, insanların həssas nöqtələrinə toxunaraq məqsədlərinə nail olmaq istəyirlər. Bu, gizli əl kimindir? Kim problemin daha da qabarmasını istəyir? Kim qazanır? Kim öz məqsədinə nail olur? Minlərlə insanın təhdidinə məruz qalan həmin müəlliflərmi, yoxsa işi şişirdib dünya mətbuatına çıxarmaq istəyən, qardaşı qardaşa qırdımaq istəyən həmin gizli əllərmi?
Araşdırmamız nəticəsində Kamran Əsədovun müəllifliyi olduğunu müəyyən etdiyimiz həmin dərslikdən bir parçanı tirajlayırıq: "Səlibçiləri özlərinə dayaq görən ermənilər də səlcuqlara qarşı mübarizədə onlara kömək göstərdilər”... "Hamı tərəfindən nifrət edilən.: Antioxiya şəhərinin səlibçilər tərəfindən işğal olunmasında islam dinini təzə qəbul etmiş xəyanətkar bir erməni əsas rol oynadı. Vəd olunmuş mükafata o, xristianlığı qəbul etmiş, gecə səlibçilərin şəhərə daxil olmasına şərait yaratmışdı. Bu hərəkətinə görə o hamının nifrətini qazanmışdı” (səh.93)
Bu kimi ifadələr dərslikdə kifayət qədərdir. İndi sizcə kim vətənini daha çox sevə bilər: dayısı oğlu Qarabağ döyüşlərində itkin düşmüş, atası Qarabağ əlili olan birisimi yoxsa həmin gizli əlin havadarlarımı?

 

Uluyol.az, Tural İntiqam

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300