"Bu məsələdə kürdlərə güzəştə getməyəcəyik” – İranlı nazir

 

İranın ədliyyə naziri Sadiq Laricani İraq Kürd Regional Hökumətinin mübahisəli referendumu barədə mövqelərinin ciddi olduğunu, bu məsələ güzəştə getməyəcəklərini bildirib.

Avropa.info xəbər verir ki, "Rudaw” telekanalına verdiyi açıqlamada " İran İslam Respublikasının bu məsələdə siyasəti qətidir. Ən əvvəldə hər cür separatçılığa qarşı olduğumuzu bildirdik. Kürd rəsmilər qonşu ölkələrin mövqelərinin qəti olduğunu və bu məsələdə güzəştə getməyəcəyimizi bilməlidir”, deyib.

Laricani referendumu böyük dövlətlərin, xüsusilə də İsrailin regionda alışdırdığı yeni yanğınla müqayisə edib.

"Məqsəd islamı hökumətləri zəiflətmək və müsəlmanalara qarşı uzun davam edən müharibəni alışdırmaqdır” – o, belə deyib.

İran İraq Kürd Regional Hökumətində keçirilən referenduma etiraz edərək, Bağdadın hava məkanını bağlamaq qərarına dəstək vermişdi.

Bundan sonra isə İraq Kürdüstanına gedən maye yanacaq nəqliyyatını kəsmişdi.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300