"Müəllifi göstərmədən hansısa xəbəri vermək müəllif hüquqlarının oğurlanmasıdır”

"Müəllifdən icazə almadan, lakin müəllifi göstərmək şərti ilə bu xəbərin bir hissəsi istifadə oluna bilər"

Azərbaycan reallığında əksər media orqanlarının üzləşdiyi əsas problemlərdən biri onlara məxsus informasiyaların başqa media orqanları tərəfindən oğurlanması, ictimaiyyətə təqdim edilərkən ilkin mənbənin göstərilməməsidir. 

 

Bəs xəbər oğurluğu hüquqi məsuliyyət yaradırmı? Yoxsa bu, sadəcə media əxlaqının pozulması baxımından qınaq obyekti olacaq bir məsələdir?

 

Moderator.az-a açıqlama verən hüquqşünas Ələsgər Məmmədli məsələnin iki aspektdən şərhinin vacib olduğunu vurğuladı:

 

"Məsələnin iki aspekti var. Bunlardan biri müəllif hüquqları aspektidir. Bu, hüquqla müəyyən olunur. Bir də məsələnin etik tərəfi var. Hansısa jurnalistin başqasına məxsus yazını özününküləşdirilməsi yolverilməzdir. Əsl jurnalist hər zaman jurnalist peşəsinə, bu peşənin tələlərinə sədaqət nümayiş etdirir, onları qoruyur. 

Hüquqi aspektdən yanaşdıqda, müəllif hüquqları ilə qorunan əsərlər var. Bu əsərlərdən müəllifin icazəsi olmadan istifadə yolverilməzdir. Istisna hallar da mövcuddur ki, burada da söhbət çox önəmli ictimai əhəmiyyət kəsbedən xəbərlərdən gedir. Bu qəbildən olan xəbərin bir hissəsi müəllifə istinadən verilə bilər. Müəllifdən icazə almadan, lakin müəllifi göstərmək şərti ilə bu xəbərin bir hissəsi istifadə oluna bilər. Müəllifi göstərmədən xəbəri vermək müəllif hüquqlarının oğurlanmasıdır və bu, hüquqi baxımdan məsuliyyət yaradır. Xəbərə istinad olunur və müəllif göstərilirsə, burada müəllif hüquqlarının pozulmasından söhbət gedə bilməz”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300