Depressiya – Yaranma səbəbi və müalicəsi (Elmi-lədun)

 

Araşdırmalar göstərirki, hazırda dünyada hər 100 kişidən 10-nu və hər 100 qadından isə, 20-si depressiyadadır.

 

Depressiya nədən yaranır?

Suala cavab vermək üçün, fizikanın qanunlarına müraciət edək (Kainat fizikanın qanunlarıilə idarə olunur).

Bildiyimiz kimi, fizikada iki cür – dəyişən (qalxıb-enən) və sabit (düzxətli) cərə-yan mövcuddur. Məsələn, televizorun ekranında iki min voltdan çox sabit cərəyan olduğu halda, insanı öldürmür (ziyansızdır). Amma, televizorun girişində 220 volt dəyişən cərəyan insanı öldürür (ziyanlıdır).

 

Bu hal enerji (ruh) daşıyıcısı olan insanda da mövcuddur. İnsanın enerjisi nə qədər ki sabitdir, onda heç bir xəstəlik baş vermir. Bəzən neqativ təsirlər nəticəsində insanın enerjisi "dəyişən cərəyan” formasına keçir. Yəni, onda tez-tez hal dəyişiklikləri baş verir. Ürəyin kardeoqrammasında olduğu kimi, insanın halı qalxıb-enir (gah yaxşı, gah pis olur).

Bundan sonra insanda aşağıdakı əlamətlər müşahidə edilir:

 

- baş, çiyin və diz (qıç) ağrıları;

- bel, fəqərə ağrıları;

- qorxu, həyəcan;

- əsəb;

- ürək döyüntüləri;

- diksinmələr;

- boğulma;

- daim arxadan izləndiyini hiss edir;

- çoxlu (pis) yuxular görür;

- ağır hallarda qarabasmaları olur (boş evdə yanından kiminsə keçdiyini hiss edir);

- daim qəmgin olur və özünə qapanır, evdən bayıra çıxmaq istəmir;

- əks cinsə (özəlliklə də həyat yoldaşına) nifrət edir, onunla əlaqədə olmaq istəmir;

- uğursuzluq;

 

Bütün bu əlamətləri olan insana psixoloqlar DEPRESSİYA diaqnozu qoyurlar.

 

Elmi-lədun bilgilərimiz göstərir ki, bu əlamətlərin yaranma səbəbi yuxarıda qeyd etdiyimiz kimi, insan orqanizmindəki (ruhundakı) "sabit cərəyan”ın, "dəyişən cərəyan”a keçməsidir. Yəni, ruhda sabitliyin ("sostoyaniya”nın) pozulmasıdır.

 

Sual yaranır: ruhda sabitliyin pozulmasına səbəb nədir?

 

Araşdırmalarımız göstərir ki, ruhda sabitliyi pozan və yuxarıda sadaladığım depressiya əlamətlərini yaradan kənardan ruha daxil olan neqativ enerjidir.

 

Neqativ enerjinin nə olduğunu bilmək üçün yenə də fizikanın qanunlarına və hər gün istifadə etdiyimiz kompyuterə nəzər salaq. Bildiyimiz kimi, kompyuter insanın alt kopyası olaraq yaradılıb. Deməli, kompyuterdə gedən bütün proseslər, bu və ya digər formada insanda da baş verir. Sadəcə, insan çox texnikalar kəşf etsə də özünü kəşf (dərk) etməkdə hələ də acizdir. Bu da dünyəvi elmlərin yarımçıqlığı və ruhu bilməməsi ilə əlaqəlidir.

Qayıdaq neqativ enerjinin nə olmasına. Bunu dərk etmək üçün, kopyuterimizə düşən virusu və onun yaratdığı fəsadları gözlərimiz önünə gətirək: kopyuterimiz donur və ondakı bir çox fayl və proqramlar silinir.

 

Bilməliyik ki, virus kopyuterimiz üçün nədirsə, neqativ enerji də ruhumuz üçün odur. Neqativ enerji ruhda sabit halı dəyişən hala çevirir ki, nəticədə orqanizmin müxtəlif nahiyyələrində səbəbi bilinməyən ağrılar, əsəbilik, qəmginlik, özünə qapanma və s. yuxarıda sadaladığım depressiya əlamətləri və xəstəliklər yaradır.

 

Bilməliyik ki, insan qəlbində (ruhunda) olan sevinc, fərəh, xoşbəxtlik, sevgi, məhəbbət hissləri kompyuterimizdə olan fayl və proqramlar kimidir.

Virus kompyuterdən faylları sildiyi kimi, neqativ enerji də ruhumuzda olan sevinc, fərəh, xoşbəxtlik, sevgi, məhəbbət hisslərini silir; əvəzində nifrət faylı yazır. Bunun nəticəsi olaraq, depressiyaya düşən insan bütün yaxınlarına və doğmalarına nifrət etməyə başlayır və onlardan uzaqlaşmağa çalışır.

 

Depressiyanın müalicəsi

 

Müasir psixologiya və nevrologiya elmləri ruhu bilmədiklərindən (qəbul etmədiklərindən) bütün bu əlamətləri aradan qaldırmaqda acizdirlər. Psixoloji seanslar depressiyaya düşən insanda xoş əhval yaratmağa hesablansa da, bu dərdli insanın konsertə, toya baxmağı kimi, ani olur. Yəni, konsert zamanı dərd unudulduğu, bir müddət sonra təkrar yada düşdüyü kimi, psixoloq seansı da dərdi müvəqqəti unutdurur...

 

Nevroloq və psixoterapevtlər isə, depressiyaya düşmüş (neqativ təsirə məruz qalmış) insanın əsəblərini sakitləşdirmək üçün psixotrop dərmanlardan istifadə edirlər. Bu dərmanlar beyinə keyləşdirici təsir etdiyindən, isanda süstlük və asılılıq yaradır. Yəni, dərmanlar kəsilən kimi, xəstədə əsəbilik yenidən yaranır. Yuxarıda sadaladığım digər əlamətlər (ağrılar, əks cinsə nifrət, qorxular...) isə, ümumiyyətlə, olduğu kimi qalır.

 

Elmi-lədun bilgilərimiz və psixologiya sahəsindəki təcrübəmiz göstərir ki, depressiyaya düşmüş və yuxarıda sadalanan əlamətləri olan pasiyentlərin müalicə seansları fizikanın qanunlarına uyğun aparılır. Yəni, bu əlamətlər fiziki qanunlarla yarandığı kimi, bu qanunlarla da aradan qaldırılır. Belə ki, virus düşən kompyuter format olunub, silinmiş fayl və proqramlar bərpa (vostonovit) olduğu kimi, insandan da neqativ enerji eləcə təmizlənib, yox olmuş sevgi, məhəbət və xoşbəxtlik hissləri (faylları) yenidən bərpa olunur. Bütün bunlar elmi-lədun sirlər əsasında cəmi üç seansa həyata keçirilir. Seanslar psixologiyada olduğu kimi, pasiyentdən bir neçə metr kənarda dayanaraq aparılır və təbii ki, ictimaiyyət üçün açılması məqbul olmayan müəyyən sirlər üzərində qurulur.

 

Depressiyaya düşmüş insanlara əlavə məsləhətlərimiz:

 

- Otağınızı gündüz vaxtı qalın pərdə ilə qapamayın və günəş işığı ilə işıqlandırın;

- Gündüz qapı və pəncərələri qapamayın;

- Kondinsioner və sərinkeşdən istifadə etməyin;

- Otaqda çox oturmayın və vaxtınızın çoxunu, həyətdə, parkda keçirməyə çalışın;

- Telefonla tualetə girməyin;

- Axşamüstü hamamdan istifadə etməyin;

- Günəş şüası qəbul etməyə çalışın.

 

Təcrübəmiz göstərir ki, bu tövsiyyələrə əməl etməklə, psixoterapiyanın və elmi-lədunun sirlərinə əsaslanan üç seans alan istənilən pasiyentin cəmi 21 gün müddətinə depressiyadan qurtulması mümkündür.

 

 

Paşa Yaqub,

Psixoterapevt, elmi-lədun bilicisi

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300