1932-ci il. Nizami Gəncəvinin məzarı.
Türkcə Gəncəli, ərəbcə Gəncəvi yazılıb
Nizami Gəncəvi 1188-ci il sentyabr ayının 24-də bitirdiyi «Leyli və Məcnun» əsərini türk dilində yazmaq istəmişdir. "Leyli və Məcnun”u türk dilində deyil, fars dilində yazmasını əmr verən Axistanın hərəkətləri onu çox qəzəbləndirmiş, amma oğlu Məhəmmədin xahişi ilə onu farsca yazmağa razılıq vermişdir.

Amma öz etirazını əsərdə belə şərh etmişdir: "Nə cürətim vardır əmrdən qaçam, nə də könlün vardır xəzinə açam ” Qərb ədəbiyyatı isə onu əsasən fars və iranlı kimi təqdim edir. Burada fars dilində yazmış olduğunu əsas kimi götürürlər. Halbuki, fars dilində yazmaq o dövrün ənənəsi idi. Bir iki əsr keçdi və buz sındırıldı. Xətai, Nəsimi, Füzuli, Bürhanəddin, Nəvai və başqaları türk dilində də yazmağın mümkün olduğunu sübut etdilər.

Nizami bir türk oğlu olduğundan əsərlərində də türklərin təəssübünü çəkən bir adam kimi çıxış edirdi. İndiki dillə deyilsə, ona bir türkçü kimi yanaşmalıyıq. Nizami irsinin görkəmli tədqiqatçısı Rüstəm Əliyev deyirdi ki, Nizami nəinki türk, hətta türkçü idi.Nizaminin əsərlərilə ayaqüstü tanşlıq belə bu şəkildə düşünməyə əsas verir. "Sirrlər xəzinəsində” qoca bir qadının sultan Səncərə irad tutması buna misal ola bilər: "türklərin şöhrəti tutmuş aləmi, sən türk deyil, bir hindlisənmiş?”, yaxud "ölkələri ədalətdən güllü yazdı türklərin», deyən Nizami Türk Səlcuq dövlətindəki sosial ədaləti nəzərdə tutur. Poemalar fars dilinin dəri ləhcəsində, Xorasan, Bəlx dialektində yazılmışdır. Şairin isə Xorasanda, indiki Əfqanıstanda olub həmin yerlərdə yaşayan farslarla ünsiyyətdə olmamışdır. Çünki Nizaminin əsərləri Xorasan ləhcəsindədir, Nizami də Xorasanda olmayıb. Xorasanda olmamısansa, Xorasan ləhcəsində necə yaza bilərdi Nizami Gəncəvi?
Onun anasının Kürd qızı olması da yalandır. Nizaminin elə sözləri var ki, bunlar onun türkə məhəbbətidir, vətəninə məhəbbətidir. "Leyli və Məcnun”da anası haqda yazır: "gər madəri mən Rəiseyi-qord, madər sifatənə piş-e-mən mord”. Yəni mənim anam Rəisə ana sifətində qarşımda öldü. Farslar bu "qord” sözünü kürd kimi qələmə verirlər, amma "qord” igid deməkdir. Nizami müxtəlif qadınlar haqqında da "qord” sözünü işlədib. "Xosrov və Şirin”də Məhinbanu Şirinə deyir ki, Xosrov Keyxosrov nəslindəndirsə, sən də Əfrasiyab nəslindənsən. Əfrasiyab nəslindən olmaq Turan hökmdarı olmaq deməkdir. Nizami Gəncəvinin fars mədəniyyətinə aid olması haqda deyilənlər yanlışdır. Nizaminin dünyagörüşü, yaradıcılığı xalqının folkloru, dili, ləhcəsi, ədəbiyyatı ilə bağlı şəkildə formalaşıb. Nizaminin fars ədəbiyyatına təsiri böyükdür, Nizami olmasaydı, Hafiz, Sədi, Cami və başqaları yaza bilməzdilər.

Onlar Nizamidən iqtibaslar ediblər.
Vaxtilə Məhəmməd Əmin Rəsulzadə yazırdı ki, "farspərəstlər və ermənilər Nizamini bizdən qopartmaq istəyirdilər"
"Dağ kimi ucalmışdı bir zaman Türk dövləti deyən” Nizami necə ərəb yaxud farsa xidmət edə bilərdi?
"Xosrov və Şirin” əsərində yazır
Turkluyum bu həbəşdə hec getmir.
Dadlı dovğaya xalq meyl etmir.
Burdada Farslığım və ya Kürdlüyüm deyil Türklüyüm deyir.Hələ XV əsrdə Dövlətşah Səmərqəndi «Təzkirətül-şüəra» kitabında Nizaminin türkcə divanı barədə məlumat verib». Şah İsmayıl Xətai də Nizamini çox sevirdi. Onun fərmanıyla «Xəmsə»nin üzü dəfələrlə köçürülmüşdü. Nizami (Gəncəvi) də öz övladını türkzadə (türk oğlu) adlandırır "Xosrov və Şirin" əsərinin sonunda yazır:
Əgər şod torkəm əz xərgəh nəhani,
Xodayə, torkzadəmva to dani.
(Əgər türküm çadırdan gizlinə çəkildisə də,
Xudaya, türk balasını sən özün qoru.)
Məlumdur ki, bu misralarda şair çox sevdiyi Afaqın dünyadan köçməsindən bəhs açır, ona "türküm" deyir, Afaqdan olan oğlu Məhəmmədi isə "türk balası" adlandırır.
Keçən əsrin 20-ci illərində İrana səfər etmiş akademik Marrın şəhadətinə görə, İran alimləri farsca yazdığına görə onu İran-fars şairi hesab etsələr də, «Əz asare-Nizami buye-türk miyayəd» («Nizaminin əsərlərindən türk iyi gəlir») deyərək, şairin yaradıcılığını ruhən (candan-könüldən) qəbul edə bilmirlər.// reportyor.az

 

Zaur Aliyev adlı şəxsin şəkli.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300