Zakir Fərəcov Ali məhkəmədən baş redaktorun həbsini tələb edir

Sabah saat 12 -də Ali məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə Sumqayıt icra başçısı Zakir Fərəcovun və onun şəriki "Ən Ucuz” marketlər şəbəkəsinin rəhbəri Vüqar Rəsul oğlu Qələndərovun Realliq.info saytının baş redaktoru İkram Rəhimova qarşı qaldırdığı xüsusi ittiham qaydasında şikayətinə baxılacaq. Sumqayıt Apellyasiya məhkəməsinin qərarından narazı qalan icra başçısı baş redaktorun yenidən həbs olunmağını tələb edir. İkram Rəhimov isə məhkəmədən bəraət tələb edir.
Xatırladaq ki, 25 noyabr 2016 cı ildə Sumqayıt şəhər məhkəməsinin hakimi İlyas Mahmudov Zakir Fərəcovun sifarişi ilə Realliq.info saytının baş redaktorunun 1 illik azadlıqdan məhrum etməsi barədə qərar çıxartmışdı. 3 ay həbsdə qalan baş redaktor Sumqayıt Apellyasiya məhkəməsinin hökmü ilə məhkəmə zalından azadlığa buraxıb. İcra başçısı Zakir Fərəcov apellyasiya məhkəməsinin hökmünü ədalətli hesab etməmiş və Ali məhkəməyə üz tutub. İkram Rəhimovu susdurmaq və yazıların qarşısını almaq üçün bütün iyrəncliklərə əll atan icra başçısı Ali məhkəmədə uğur qazanacağına inanır. Realliq.info – nun baş redaktoru isə Zakir Fərəcovun çoxdan məğlub olduğunu qeyd edir və Ali məhkəmənin bəraət verməyəcəyi halda Avropa Məhkəməsinə üz tutacağını bildirib.
Sabah məhkəmə prosesinin gedişi barədə ətraflı məlumat verəcəyik.//neytral.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300