Tərtərin icra başçısı gecəni harada keçirir? — ŞOK İDDİA

Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov iş saatı bitdikdən sonra rayonu tərk edir.

Ölkə.az-ın əldə etdiyi məlumata görə, Müstəqim Məmmədov 2014-cü ilin mayında icra başçısı təyin olunandan indiyə kimi demək olar ki, hər gün işdən sonra ya anadan olduğu Yevlax şəhərinə, ya da Gəncəyə üz tutur. Başçıya yaxın adamlardan birinin dediyinə görə, o, bu addımı şəxsi təhlükəsizliyi üçün atır. Belə ki, Tərtər rayonu cəbhə bölgəsi hesab olunduğundan, Müstəqim Məmmədov gecələri rayonda qalmaqdan ehtiyatlanır.

Maraqlıdır ki, qaynar bölgə olsa da, sakinlər doğma yurd-yuvalarını tərk etmirlər. Rayona rəhbərlik edən şəxs isə ona dövlət başçısı tərəfindən rəhbərliyi etibar edilmiş rayonda qalmağı özünə rəva bilmir.

Qeyd edək ki, 47 yaşlı Müstəqim Məmmədov 2012-2014-cü illərdə isə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini işləyib. O, hazırki vəzifəsinə prezident İlham Əliyevin 7 may 2014-cü il tarixli sərəncamı ilə təyin edilib.

Məsələ ilə bağlı icra hakimiyyəti ilə əlaqə saxlasaq da, onların mövqeyini öyrənmək mümkün olmadı.

İntiqam Valehoğlu


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300