Atlantik okeanında 1 Azərbaycanvə 6 Türkiyə vətəndaşı 3.7 ton kokainlə həbs olunub

Atlantik okeanında keçirilmiş beynəlxalq hüquq-mühafizə əməliyyatı yedək gəmisində 4 tona yaxın kokainin aşkarlanması ilə nəticələnib.
Britaniyanın Cinayətkarlıq əleyhinə Dövlət Agentliyinin (NCA) yaydığı məlumata görə, NCA tərəfindən ötürülən məlumat əsasında keçirilmiş əməliyyat zamanı İspaniya rəsmiləri oktyabrın 1-də Madeyra ilə Azor adaları arasında İspaniya sahil xəttindən təxminən 643 km məsafədə olan Thoran adlı okean gəmisini saxlayıb.

Axtarış nəticəsində gəmidə 165 kokain paketi aşkar olunub.

Hər paketdə 23 kiloqram kokain tozu olduğu və aşkar olunmuş kokainin ümumi çəkisinin isə təxminən 3.700 kiloqram təşkil etdiyi bildirilir.
Narkotikin hansı ünvana aparıldığı naməlum qalsa da, qeyd olunur ki, aşkar olunmuş kokain Avropada satılsa idi, bundan əldə ediləcək gəlir 200 milyon funt sterlinq və ya 261 milyon dollardan çox ola bilərdi.

Gəminin heyəti altı Türkiyə vətəndaşı və bir Azərbaycan vətəndaşından ibarət olub.

Onlar İspaniya polis əməkdaşları tərəfindən həbs edilib.

Komor adaları bayrağı altında hərəkət edən gəmi oktyabrın 1-də İspaniyanın Cadiz limanına gətirilib.
Məlumata əsasən, əməliyyat NCA, İspaniya Gömrüyü, İspaniya Dövlət Polisi və İspaniya Mülki Qvardiyası tərəfindən birgə həyata keçirilib, və Lissabonda yerləşən beynəlxalq Narkotik əleyhinə Dəniz Əməliyyatları və Təhlili Mərkəzindən koordinasiya olunub./BBC/

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300