Ronaldo:
 
Portuqaliyalı ulduz "Real Madrid” klubunun hücumçusu Kriştianu Ronaldo əzəli rəqibi Lionel Messidən danışıb. 

ANS PRESS-in məlumatına görə, futbolçu bildirib ki, "Barselona”nın hücumçusu argentinalı Messiyə olan münasibəti mənfi deyil. 

"Messi ilə bizim aramızda həmişə yaxşı münasibətlər olub. Son illər biz daha da yaxın olmuşuq. "Qızıl Top” mərasimində səhnəyə çıxan zamanı Messi və Neymar ingilis dilində danışmırdılar. Mən onların tərçüməçisi idim. Sonra isə mən onlara dedim ki, xidmət etdiyim üçün mənə maaş verməlidirlər”, - Ronaldo belə deyib. 


Neymar, Messi və Ronaldo

11 yanvarda İsveçrənin Sürix şəhərində keçirilən qala-gecədə ilin ən yaxşı futbolçusu Lionel Messi olub. Argentinalı futbolçu 5-ci dəfə "Qızıl Top"a sahib olub. O, 2009, 2010, 2011 və 2012-ci illərdə dünyanın ən yaxşısı olub. 


FİFA-nın "twitter" səhifəsi 

Messi sorğuda Kriştianu Ronaldu və Neymarı (Braziliya, "Barselona") qabaqlayıb. Ronaldo 3 dəfə (2008, 2013, 2014) mükafata sahib çıxıbsa, Neymar ilk dəfə namizəd olub. 


Soldan birinci Ronaldo, Messi və həyat yoldaşı Antonella, Neymar

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300