Rusiya Suriyadan çıxmaq üçün yollar axtarır- Stratfor

 

"Rusiya 2015-ci ildə Suriya münaqişəsinə daxil olduğu gündən bu yana ölkədə tüğyan edən vətəndaş müharubəsinin gedişini dəyişdirdi.Rusiya İranla birlikdə vəziyyətin Suriyanın hökumət qüvvələrinin xeyrinə çevrilməsini təmin etdi. İndi müəyyən hədəfə çatdıqdan sonra Rusiya "döyüş meydanı”nı tərk etmək üçün yollar axtarır.

"Uluyol" musavat.com-a istinadən xəbər verir ki, bu cümlələr ABŞ-ın nüfuzlu "Stratfor” analitik mərkəzinin yazısında yer alıb.

Yazıda Moskvanın Suriya münaqişəsinə "ilişib qalmağı” arzulamadığı, lakin bununla bərabər əldə etdiyi uğurları da əldən buraxmayaraq regionda əsas oyunçu olmağa imkan verən mövqelərdə durmaq istədiyi vurğulanır.

"Bu məqsədlə Rusiya İran və Suriyalı müttəfiqləri ilə birlikdə "parçala və hökm sür” strategiyasını yürüdür. İlk öncə o, kritik bölgələrdə döyüş əməliyyatlarını dayandırmaq məqsədilə dini radikal cərəyanlara (yəni İŞİD kimi-red.) daxil olmayan üsyançılara deeskalasiya zonalarını təklif edərək onların müqavimətini qırmağa başlayacaq. Deeskalasiya zonalaraının yaradılması nəticəsində Rusiya bütün gücünü radikal ekstremistlərin üzərinə yeridə biləcək. Bu strategiya bu vaxta qədər Rusiyaya və Bəşər Əsədə, habelə İrana Qərbi Suriyada İŞİD tərəfindən boşaldılan ərazilərin ələ keçirməyə imkan verib. Lakin Moskva da başa düşür ki, Suriyada işlər artıq getdikcə mürəkkəbləşir”,- yazıda qyed olunur.

"Stratfor” analitiklərini fikrincə Rusiyanın Suriyada açıq-aşkar üstünlüyünə rəğmən onun "çıxış planı”ında ciddi çatışmazlıqlar yaranıb.

Belə ki, Qazaxıstandakı danışıqıların birinci raundunda əldə olunan razılaşmalar nəticəsində qurulan deeskalasiya zonaları öz funksiyasını itirməyə başlayıb. Daha doğrusu bu bölgələrdə atışkəs rejiminə əməl edilmir.

Xüsusilə bəzi üsyankar qruplar xaricdən gələn təzyiqlərə boyun əymək istəmirlər. Məsələn "Həyat Təhrir əş Şam” kimi hərbiləşdirilmiş təşkilat atəşəkəslə bağlı danışıqaların nəticələrini tanımaqdan imtina edərək özünün İdlib bölgəsində yerləşən mövqelərindən Xamaya doğru hücuma keçməyə cəhd edir.

Elə Rusiyanın müttəfiqləri sayılan rəsmi Dəməşq və İran da onun planına maneçilik törədirlər.

"Həm iranlıalar, həm də suriyalılar Rusiyanın strategiyasının məntiqini anlasalar da hazırda müxaliəfətin əlində tutduğu ərazilərdən vaz keçmək niyyətində deyillər və buna görə də hərbi əməliyyatları dayandırmaq fikrindən uzaqdırlar. Moskvadan fərqli olaraq Tehran və Dəməşq üçün bu müharibə ölüm-dirim mübarizəsi sayılır və onlar tam qələbəyə qədər döyüşməyə davam edəcəklər. Bu səbəbdən Dəməşqə tabe olan loyal qüvvələr Cobarda və Quta rayonunun şərqində üsyançıların mövqelərinə aramsız zərbələr endirirlər”, - yazıda bildirilir.

Məqalədə Əsəd qüvvələrinin şərqə, İraq sərhəddinə doğru irəliləməsinin də Moskva üçün əlavə problemlər yaratdığı vurğulanır:

"Xüsusilə Moskvanı əsəbilşdirən məsələ Dəməşq ordusunun Deyr-əz-Zora doğru irəliləməsinin ABŞ tərəfindən dəstəklənən Suriya Ərəb Koalisyasının (SƏK) qoşunları tərəfindən əngəllənməsidir. SƏK dəstələri müvəffəqiyyətlə irəlilədikcə Suriya ordusu İŞİD-in əsk zərbələrini dəf etməyə məcbur qalır. Bu isə şərdəki hərbi əməliyyatlarda böyük itkilər verilməsinə gətirib çıxrıb. Rusiya bu dövr ərzində artıq bir çox yüksək rütbəli zabitini, o cümlədən bir general-leytenantını qurban verməli olub.

Bundan başqa İŞİD oktyabrın 3-də əsir aldığı 2 rus əsgərini dünyaya nümayiş etdirib. Terror təşkilatını iddisına görə, bu əsgərlər döyüş əməliyyatlarının gedişində ələ keçiriliblər”.

Yazıda "Suriyaya müdaxilə”nin Rusiya vətəndaşları arasında da populyarlığını itirdiyi qeyd olunur. Ölkədə sosioloji araşdırmalarla məşğul olan "Levada sentr”ın məlumatlarına əsasən Rusiyanın Suriyadakı vətəndaş müharibəsində iştirakını vətəndaşların sadəcə üçdə biri dəstəkləyir.

Bununla bağlı keçirilən etiraz aksiyalarında isə hökuməti xalqı təmin etmək yerinə Suriyada apardığı olduqca bahalı hərbi kampaniyanı durdurmaq tələbi ilə çıxış edənlərin də sayı artmaqdadır.

"Hər halda bütün əngəllərə rəğmən Rusiya Suriyadan özünə sərfəli şərtlərlə çıxmaq planından vaz keşən deyil.

Münaqişəyə ciddi təsir göstərməkdən ötrü Rusiya bundan sonra da üsyançı güclərə təzyiqlə, onları dəstəkləyən qüvvələr, eləcə də öz müttəfiqləri ilə aparılan diplomatik işi uzlaşdırmaqda davam edəcək.
Hətta bu yolla Suriyadakı müharibəni dayandırmaq mümkün olmasa belə Moskva münaqişəni irimiqyaslı hərbi vəzifələri həll etmək məcburiyyətində qalmayacağı hala gətirmək istəyəcək”, məruzə-yazının yekununda qeyd olunur.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300