turkel azerturkDünən ailəmə yönəlik təzyiqlərlə bağlı "AZADLIQ”a açıqlama vermişdim. Müsahibəni oxuyan xeyli insan "facebook”da mesaj yazaraq, mənə görə narahat olduqlarını bildirir, məsləhətlər verir, necə kömək edə biləcəklərini soruşurdular. Həmin insanlara diqqətlərinə görə minnətdarlığımı bildirirəm. Amma verdiyi məsləhətlərə görə onları şiddətlə qınayıram. Çünki, onların verdiyi nəsihətlər məni ancaq uçuruma apara bilər. Bəlkə də onlar məni çox istədiklərindən belə edirlər, həqiqətən də əziyyət çəkməyimi istəmirlər. Amma dəfələrlə yazmağıma, elə həmin dostlara dəfələrlə izah etməyimə baxmayaraq, niyə anlamaq istəmirlər ki, mən onların dediyi kimi olsam indikindən daha çox əziyyət çəkəcəm. Mənə deyirlər ki… O dostlardan biri belə yazıb: "Salam, dost. Özünü düşünmürsən, başa düşdük. Bəs ailənidəmi düşünmürsən” ? O qardaşın sualına elə buradan cavab vermək istəyirəm. Dəyərli qardaş, vallah düşünürəm. Sadəcə, tək öz ailəmi düşünməyi bacarmıram. Billah cəhd də etmişəm. Axı sən özün də bilirsən. Alınmayıb. Gözümün qabağında yüzminlərlə ailə məhv olduğu halda , buna göz yuma, səssiz qala bilməmişəm. Sənin işsiz olmağın, bu səbəbdən evlənə bilməməyin, sevdiyinə "Gözlə deyə bilmirəm. Bağışla məni. Allah səni xoşbəxt eləsin” deyib, nömrəni dəyişib, hər gecə mənə ondan danışmağını xatırlamışam və beləliklə hökumətə nifrətim daha da artıb. Dostumu bu vəziyyətdə görüb, susmağı vicdansızlıq hesab etmişəm. Haqsızammı? İllərdir xərçəng xəstəliyindən əziyyət çəkən xanım dostum isə bir cümlə yazıb: "Türkel, dəyərmi”? Onun da sualına cavab verim. Bəli, dəyər! Səninlə ilk çay içdiyimiz günü xatırlayırsanmı? Kefin yox idi. Səbəbini soruşanda dedin ki, "Mehriban Əliyevaya yazmışdım. Xaricdə əməliyyat olunmaq üçün maddi yardım istəmişdim. Cavab gəlib ki, fondda pul olmadığı üçün 800$ yardım edə bilərik”. Bax, sənin kimi onminlərlə gənc var ki, çox dəyərli gənclərdir. Sağalsalar gələcəyin həkimi, hüquqşünası, müəllimi olacaqlar. Amma dövləti sahib çıxmır deyə sağala bilmirlər. Gözümüzün önündə ömürlərinin ən gözəl vaxtında qara torpağa qarışırlar. Başa düş ki, buna sussam o gənclərin boynuna kəndir salanlardan biri də mən olaram. Dostunun qatil olmasına razı olarsanmı? Əminəm ki, yox. Bax, biz o dəyişikliyi edəcəyik. Səni də, sənin kimi minlərlə gənci də dövlət xaricə göndərəcək. Sağalıb qayıdacaqsınız. Həkim olacaqsınız. Savadlı həkim. Sonra daha gənclərimiz xaricə getməyəcək. Onları siz burada sağaldacaq, onlara həyat bəxş edəcəksiniz. Bir gün hər şey düzələcək. Yazını bitirmək üzrə ikən daha bir mesaj gəldi. Mesaj atamdan gəlmişdi: "Türkel, "Azadlıq”a indi baxdım. Gəlirəm, söhbət edərik. Güya gözləmirdik ki? Möhkəm ol, hər şey düzələcək”. Bəli, düzələcək. Bu ölkəni sizinlə birlikdə düzəldəcəyik. Yetər ki, öz taleyinizə biganə qalmayın, qələbəyə inanın.

 Türkel AZƏRTÜRK

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300