Marketlərin insanları aldatma - Üsulları

Marketlər daha çox alış-veriş etdirmək üçün bu üsullardan istifadə edir.

İnsanların marketlərə alış-verişə gedən zaman ehtiyacdan artıq bazarlıq etməsinin səbəbləri var.

Teleqraf.com xarici KİV-ə istinadla həmin səbəblərdən bir neçəsini sizə təqdim edir.
Meyvə-tərəvəz rəfləri

1. Marketə girən kimi qarşımızdakı meyvə-tərəvəz rəflərinin rəngarəng görüntüsü ağlımızı başımızdan alır, bizi daha çox pul xərcləməyə vadar edir. Rəngli meyvə-tərəvəzləri gördükdə şən əhval-ruhiyyəmiz olur və daha çox pul xərcləməyə meyilli oluruq. Bu duyğuyla, əvvəlcə səbətimizi lazımı ləvazimatlarla dolduraraq, marketin içərisində irəlilədikcə lazımsız ləvazimatları da səbətimizə əlavə edirik.

Siyahınızda olmayan məhsullar

2. Labirint kimi qarışıq aralar alış-veriş siyahınızı axtararkən marketin içində hər yeri dolaşırsınız. Xüsusilə, çörək, süd, yumurta kimi əsas məhsullar bir-birindən uzaq məsafədə yerləşdirilir ki, marketin hər yerini gəzəsiniz və siyahınızda olmayan məhsulları da görəsiniz. Həm də, müxtəlif kateqoriyalı məhsulları labirint formasında düzürlər ki, sizə lazım olan qidanı almaq üçün düz deyil, dolaşaraq gedəsiniz. Belə olduqda, marketdəki əksər məhsulları görməli olursunuz.

Marketdə niyə pəncərə yoxdur?

3. Marketlərdə heç saat və ya pəncərənin olmadığını hiss etmisinizmi?! Həm də, işıqlandırma sabit olduğu üçün, ilin hansı fəsli, fəslin hansı ayı olduğunu belə unuduruq. Yəni, marketi nə qədər çox gəzsəniz, o qədər çox lazımsız məhsul alacaqsınız deməkdir. Ona görə də, alış-veriş edərkən saatınıza sıx-sıx baxmağınız məsləhət görülür.

Bahadır

4. "Bu bahalıdır!” təsəvvürümüzün yox edilməsi marketlərdə çox satılması istənilən məhsullar, çox satılan məhsulların yanına düzülür. Beləliklə, fikirlərimiz qarışır və ucuzun yanında bahalı məhsulu da səbətimizə yığmış oluruq. Market bizi tələyə salmış olur. Göz səviyyəsi qaydası marketlərdə, eyni məhsullardan olan bahalı məhsul göz səviyyəmizdəki rəfə yerləşdirilir. Ən ucuz olan məhsullar isə nisbətən alt rəflərə düzülür. İnsanların əksəriyyətinin ilk gördüyünü almağa meyilli nəzərə alındığı üçün, bu yolla bahalı məhsullar daha tez satılır. Ona görə də ilk gördüyünüzü deyil, bütün rəfləri incələdikdən sonra məhsulu seçməyiniz məsləhət görülür.

Gözəl qoxular

Kolbasaların qoxusu bir yandan, yeni bişirilmiş unlu məmulatların qoxusu bir yandan iştahımızla bacarmırıq. Düşünürük ki, buraya kimi gəlmişkən bu bişmişdən də bir qədər alsaq pis olmaz və yenə tələyə düşmüş oluruq.

Kassanın yanında satılan lazımsız xırdavatlar

Tutalım ki, zərərli məhsulların istehlakının azaldılması barədə çağırışlara qulaq asaraq istədiklərimizi alıb kassaya tərəf gəlirik. Əsl tələ isə, burada qurulub. Seçdiyimiz məhsullar kassada hesablanarkən, siz, marketdə zərərli deyə imtina etdiyiniz şokoladı burada ehmalca götürüb kassanın üstünə qoyursunuz. Burada ovlanırsınız.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300