Maşallah Əhmədov azadlığa buraxıldı

Həbsdə olan tanınmış futbolçu Maşallah Əhmədov azadlığa buraxılıb.

Dələduzluqda təqsirləndirilərək 2 il müddətinə azadlıqdan məhrum edilən tanınmış futbolçu Maşallah Əhmədov azadlığa çıxıb. O, oktyabrın 7-də sərbəst buraxılıb.

M.Əhmədov vaxtından 2 ay əvvəl cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Bildirək ki, M.Əhmədov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində elan olanmuş 8 illik cəzadan apellasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılmışdı.

Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qəbul edilən qərarla onun cəzası 2 ilə endirilmişdi.

Qeyd edək ki, Əhmədov Yusif Əzizova olan 128 min borcunu ödəmədiyi üçün həbs edilib.

M.Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi”nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib.

M.Əhmədovun sözünə əməl etmədiyi və həmin şəxslərin pulunu qaytarmadığı deyilir.

Məlumat üçün bildirək ki, Əhmədov 1977-ci ildən "Neftçi” klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasınıyerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndərCavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.//musavat.com

 

"ULUYOL"

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300