Tarixçilər Polşaya gedir: Uzun Həsənin krala məktubu...

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və tapşırığına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda "Zəngəzur tarixi” adlı fundamental tədqiqat nəşrə hazırlanır.

 

Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilovun Kult.az-a verdiyi məlumata görə, institutun Elmi Şurasının 6 oktyabr tarixli iclasında "Zəngəzur tarixi” kitabının çap işi ilə bağlı vəziyyət geniş müzakirə edilmiş və konkret qərarlar qəbul olunub.

Elmi Şuranın iclasında tanınmış ermənişünas alim İsrafil Məmmədovun 90 illik yubiliyenin keçirilməsi, Avstriya arxivlərində araşdırmalar aparılması, Azərbaycan-Polşa əlaqələri tarixi mövzusunda tədbirin keçirilməsi, tarixçi-alim Polad Xəlilovun "Bakı neft sənayeçiləri qurultayının fəaliyyəti tarixindən (XIX əsrin sonu – XX əsrin əvvəlləri)” adlı monoqrafiyasının çapa məsləhət görülməsi və digər məsələlər barədə qərar verilib.

Akademik Yaqub Mahmudov bildirib ki, Azərbaycan və Avstriya arasında əlaqələrin tarixi XVI əsrə - Səfəvilər və Habsburqlar sülalələrinin hakimiyyəti dövrünə gedib çıxır: "Avstriyada olan Səfəvilər dövrü ilə bağlı arxiv sənədləri Azərbaycana gətiriləcək”.

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Tarix İnstitutu ilə sıx əlaqə saxlayaraq, Azərbaycan Ağqoyunlu hökmdarı Uzun Həsən və Polşa kralı Kazimir arasında yazışmalara dair arxiv sənədi aşkar edib. Bununla bağlı olaraq, Azərbaycanın ortaəsrşünas alimləri Polşaya səfər edəcəklər.

Məlumat üçün bildirək ki, oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Tətbiqi Tədqiqatlar Fondunun həyata keçirdiyi layihə çərçivəsində Tarix İnstitutu ilə birgə "Regionda münaqişələrin gücləndiyi şəraitdə Azərbaycanın milli maraqlarının qorunmasının aktual problemləri” mövzusunda seminar keçiriləcək.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300