rufet-s

Həbs edilən keçmiş müstəntiq Rüfət Səfərov vəkili Bəhruz Bayramov vasitəsilə ictimaiyyətə müraciət ünvanlayıb. R.Səfərovun "Azadlıq” qəzetində yayılmasını istədiyi müraciətdə deyilir:

"Əziz bacı və qardaşlar, böyük Azərbaycan xalqı. Sizi salamlayır və əmin edirəm ki, möhkəməm, heç bir qorxu hissi yoxdur, inam duyğusu digər cılız hisslərə qalib gəlib. Xoşbəxtliyin daha bir önəmli motivini kəşf etdim zindanda. Ritorika və pafos dışı söyləyirəm ki, haqq sandığım yolda zindana düşmək ruh azadlığı, vücud hürrü, ən əsası şəxsi bəxtəvərliyi şərtləndirdi. Bu mənada hazırda çox xoşbəxtəm. Bu, məsələnin mənəvi tərəfi.

İrəli sürülən ittihamı qeyri-hüququ, əsassız hesab etməklə, komediyanın hesabına yazıram. Təsəvvür edin ki, məni 2 rüşvətalma epizodunda təqsirli saysalar da, ayrı-ayrılıqda olan 2 şikayətçidən başqa qondarma faktı təsdiq edən şahid yoxdur. Baş Prokurorluğun dəftərxanasında axtarış aparsaq, 100 minlərlə analoji xarakterli arxivə alınmış araşdırma materillarının mövcudluğuna şahid olarıq. Necə ola bilər ki, şikayət edən və barəsində şikayət olunandan savayı meydanda bir şəxs, şahid olmur, lakin o fakta görə cinayət işi başlanaraq ən sərt qətimkan tədbiri  – həbs seçilir? Barəmdə uydurulan bu iş nəinki Baş Prokurorluğun tarixinə, bütövlükdə Azərbaycan hüquq tarixinə qara hərflərlə yazılır. Olsun. Dözmədilər, amma dözəcəm.

Onu da qeyd edim ki, yanvarın 16-da Nərimanov rayon müvəqqəti saxlanma yerindən Bakı 1 saylı istintaq təcridxanasına aparılarkən, "voronok”un "odinoçka”sında zorla saxladılar. Təxminin 5-10 dəqiqə kəskin etiraz etdikdən sonra "odinoçka”dan azad etdilər. Görünür, siyasi bəyanat verərək prokurorluq orqanlarından çıxıb, azad olan vətəndaş Rüfət Səfərov bunlar üçün residivist, xüsusi təhlükəli cinayətkardır. Bu da olsun, heç eybi yox. Görək qoca tarix bunlara necə dəyər verəcək?!

Macalım dardır, ona görə də xüsusatlara vara bilmirəm.

Sonda bütün vicdanlı insanlara, azad mediaya, hüquq müdafiəçilərinə, vətəndaş cəmiyyətinin təmsilçilərinə, siyasi təşkilatlara, bir sözlə, ədalət hissini gözardı etməyən hər kəsə səslənirəm: Məni tək qoymayın, sizlərə güvənərək məlum, lakin kəskin qərarı qəbul etdim”.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300