"Qələbə qazanmaq üçün vuruşacağıq" - Yoahim Löv

"Şimali İrlandiyaya qarşı gözəl oyun nümayiş etdirib erkən qollarla rəqibə gücümüzü göstərdik. Sabahkı oyunda da bütün gücümüzü ortaya qoyub, qələbə qazanmaq üçün vuruşacağıq. 10-cu oyunumuzda mütləq qalib gəlmək istəyirik".

Bu sözləri Almaniya millisinin baş məşqçisi Loahim Löv DÇ-2018-in seçmə mərhələsində yığmamızla oyun öncəsi deyib.

O, axşam keçiriləcək məşqdən sonra sabah matçda kimin oynayıb-oynamayacağını müəyyənləşdirəcəyini bildirib: "Yalnız onu deyə bilərəm ki, qapıda Ter Ştegen duracaq. Lorey Sane də sabahkı matçda meydanda olacaq. Digər oyunçulara gəlincə daha çox yorğun olmayan futbolçulara şans verəcəm."

Y.Löv Azərbaycan millisinin autsayder olduğunu vurğulayıb: "Onlarla oyunumuzu mundialda keçirəcəyimiz oyunlardakı rəqiblərimizlə müqayisə etmək düzgün olmaz".

Qeyd edək ki, Almaniya - Azərbaycan görüşü sabah Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.//qol.az

 

"ULUYOL"

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300