Gəncənin Nizami rayonunda sakinlər evlərinin icra hakimiyyətinə məxsus texnikalarla sökülməsi təhlükəsi ilə qarşı-qarşıya qalıb.

 

Mia.az-ın məlumatına görə, bu barədə baku.ws-a sakinlər məlumat verib.

Onların sözlərinə görə, ötən gün Nizami rayonunun icra başçısı Nizami Hacıyev "Bayan” küçəsinin sakinləri ilə görüşüb və bildirib ki, sənədsiz evlərin hamısı söküləcək.

 

"İcra nümayəndələri bizə deyirlər ki, 4 sot torpağı sənədləşdirmək üçün 2500-3000 manat ödənilməlidir. Əks halda evlər söküləcək”,- deyə sakinlər iddia edirlər.

Onların sözlərinə görə, 1993-94-cü ildən bu küçədə yaşayırlar.

 

"2006-cı ildə əhali sənədlərin verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdi. Məhkəmə qərar çıxarmışdı ki, hər bir evin sənədi verilsin. Lakin indi icra nümayəndələri deyirlər ki, məhkəmənin qərarını özündə əks etdirən sənəddə iki möhür əvəzinə bir möhür var”,- deyə sakinlər bildirir.

 

Hazırda "Bayan” küçəsində İcra Hakimiyyətinə məxsus texnikanın ərazidə olduğu və evlərin sökülməsi üçün göstəriş gözlədiyi bildirilir.

 

Məsələ ilə Gəncə şəhər Nizami rayonu İcra Hakimiyyəti ilə əlaqə saxlamaq mümkün olmayıb.



 

 
"ULUYOL"

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300