Sayt rəhbərin ölümlə hədələdilər-MÜSAHİBƏ
 
Neytral İnformasiya Agentliyinin(NİA.AZ) baş redaktoru Bəhruz Əliyevi ölümlə hədələdilər.Uluyol.info xəbər verir ki,məlumat sosial şəbəkədə yayılıb.Dəqiqləşdirmək üçün elə Bəhruz Əliyevlə əlaqə saxladıq.

Bəhruz bəy,sosial şəbəkələrdə sizin ölümlə təhdid olunmanız barədə yazılar yayılıb,nə qədər düzgündür?

-Bəli,dəfələrlə,dəqiq desəm bu artıq beşinci dəfədir ki,məni ölümlə təhdid edirlər.

Beşinci dəfə təzyiq olunduğun qeyd etdiniz,bura kimi hansısa adiyyatı orqanlara müraciət etmisinizmi?

-Elə birinci dəfə hədə-qorxu gələndə ,təxminiən iki həftə olar,o zaman 102 nömrəli qaynar xəttə zəng vurdum.Tədqiqatı Yaşar adlı biri aparırdı.Mənə bildirdilər ki,sübut yoxdur.

Jurnalistsiniz,nə əcəb fakt təqdim etmədiz ki,sübut oluna…

-Sübutum var,elə indidə qalır.Whatcapp nömrəmə səsli mesaj göndərib.Elə tədqiqatı aparanlarada təqdim etmişdim.Amma nədənsə işə xitam verildi.

Bu gün konkret hədələyib,nə dedi?

-Deyir ki,səni ölürəcəm, gedib 15 il yatacam.Bu gün əlində atverka ilə gəlmişdi.Bu insanın üstümə tüfəng çəkdiyi vaxtda olub.

Bəs nə düşünürsünüz?

-Yalnız qanunlar çərçivəsində məsələnin həlli yolların axtarıram.Mənim fərd olaraq kiminləsə düşmənçiliyim yoxdur.Amma qeyd edim ki,jurnalistəm, hər gün onlarla tənqidi yazılarım olur.Çox güman ki,yazılarımda adı keçən insanların işidir.Yazılan təndiqlərdən nəticə çıxarmaq əvəzinə ,görünür "qoçu” tutublar.Və məni qara-baqara izləyir.102 qaynar xəttinə zəng vurmuşam,nəticəsi olmasa cənab nazir Ramil Usubova məktub yazacam.

Bəhruz bəy,rəhbəri olduğunuz sayta kimin barəsində yazı dərc olunubsa siz yaxşı bilirsiz.Şübhələndiyiniz adam varmı?

-Açığı ehtiyat edirəm ad çəkməyə,amma sizin vasitənizlə bildirirəm ki,bəsdir Qoca kişisən,ayıbdır,övladın yaşında insanla uşaq kimi gizlən-qaç oynadın.Neftçala rayonu sənin olsun,məndən əl çək.Mən bu qanunsuzluqdan təngə gəldim artıq.Bilirəm ki,Neftçala rayonunda yaşasam,elə saytın fəaliyyəti davam etsə ya məni şərləyib tutacaqlar,ya da öldürəcəklər.Mən avto qəzada,ya da hansısa təsadüf nəticəsində ölmək istəmirəm.İki ayada ölkəni tərk edəcəm.Ölkə başçısı cənab İlham Əliyev jurnalistlərə qayğıdan,onların toxunulmazlığı üçün tapşırıqlar verir ,amma görürsən ki,hansısa öz mənafelərin ölkənin imicindən üstün tutanlar yalnız özün və əyləşdiyi kreslonu fikirləşir.

ULUYOL.İNFO

Saday FƏRƏCOV

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300