Almaniya yığması Azərbaycan milli komandası ilə oyuna yeni futbolçularla çıxacaq

Almaniya milli komandası Azərbaycan yığmasına qarşı keçirəcəyi 2018-ci il dünya çempionatının son seçmə qrup matçına yenilənmiş heyətlə çıxacaq. "Report"un məlumatına görə, bu barədə Bundestimin baş məşqçisi Yoahim Löv Şimali İrlandiyanı səfərdə 3:1 hesabı ilə yendikləri C qrupunun IX tur qarşılaşmasından sonra mətbuat konfransında açıqlama verib.

57 yaşlı mütəxəssis bildirib ki, oktyabrın 8-də indiyədək heç bir oyunda forma geyinməmiş futbolçuları da meydana buraxacaq: "Bir qədər yenilənməli olacağıq. Oyunçuların heyətə nə dərəcədə uyğun gəldiyini yoxlamaq istəyirəm".

Löv 9 oyuna 9 qələbə qazanan komandasının nəticəsini çox pozitiv adlandırıb. Onun sözlərinə görə, ilk turdan hədəf qrupda dominantlıq etmək, heç kimə xal verməmək və güzəştə getməməkdən ibarət olub: "Biz bunu artıqlaması ilə bacardıq və indi çox yaxşı göstəriciyə malikik. Bu səbəbdən, seçmə mərhələdən məmnun ola bilərik. Komandamı bu münasibətlə təbrik edirəm".

Təcrübəli baş məşqçi "Şimali İrlandiya üzərində qələbədən sonra kiçik bayram edib, oyunçuları paba buraxacaqsınız?" sualını isə belə cavablandırıb: "İstəməzdim ki, qeyri-peşəkarlığa yol verək. Bazar günü Kayzerslauterndə 30 min tamaşaçı qarşısında çıxış edəcəyik. Azərbaycanla oyunda da qalib gəlmək istəyirik. 10 oyundan 10 qələbə seçmə mərhələnin ən uğurlu göstəricisi ola bilər. Əlbəttə, biz bunu kollektiv daxilində qeyd edə bilərdik. Amma hesab etdik ki, məsələni sonraya saxlayaq".

Qeyd edək ki, Kayzerslautern şəhərindəki "Frits Valter" stadionunda keçiriləcək Almaniya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300