Müsavatçıya 25 sutka həbs cəzası verildi

 

Şəki Rayon Məhkəməsi Müsavat Partiyasının fəalı Tahir Əhmədliyə 25 sutka həbs cəzası verib. Bu haqda "Basta”ya Müsavat Partiyası Şəki şəhər təşkilatının sədri Bakıxan Qəribli məlumat verib.

"Sentyabrın 30-da Tahir Əhmədli evindən polisə aparılıb. Məhkəmə onun barəsində 25 sutka həbs qərarı çıxarıb. Tahir Əhmədli ictimai yerdə səs-küy salmaqda ittiham olunub. Amma ehtimal olunur ki, onu sosial şəbəkədə hakimiyyət haqda yazdığı tənqidi fikirlərinə görə həbs ediblər”, – Bakıxan Qəribli bildirib.

"Tahir Əhmədlinin evinə getdik. Qapılarında təpik izləri var. Ailə üzvlərinə də təzyiq olunduğu hiss edilir. Tahir Əhmədliyə yemək ötürmək istəsələr də, buna imkan verilməyib”, – Bakıxan Qəribli əlavə edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300