Müsavat başqanı Xasay Fərzullaya oxunan hökm barədə yazdı

 

Masallı Rayon Məhkəməsi Müsavat Partiyasının Masallı rayon təşkilatının sədri Xasay Fərzullanın 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökm çıxarıb. Onun barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Bu məsələyə münasibət bildirəm Müsavat başqanı Arif Hacılı öz "Facebook” səhifəsində status yazaraq bu sözləri deyib.

"Hakimiyyət qərəzli, repressiya siyasətini davam etdirir.

Müsavat Partiyası Məclisinin üzvü Xasay Ferzullaya yol qəzası hadisəsinə görə 2.6 azadlıqdan məhrumetmə cəzası verildi.

Analoji hallarda bəzən ümumiyyətlə cəza verilmədiyi və ya qat-qat yüngül cəza verildiyi halda Müsavat nümayəndəsinə sifarişlə mümkün olan ən yüksək cəza təyin edildi.

Hakimiyyətin fəaliyyət tarixinə Avropa Məhkəməsində uduzulacaq daha bir iş, daha bir qara ləkə həkk olundu.”

Xatırladaq ki, yol-nəqliyyat hadisəsi bu il aprelin 5-də Masallı rayonunun Bədəlan kənd ərazisində baş verib. X.Fərzulla öz avtomobilində hərəkətdə olan zaman Bədəlan kənd sakini, piyada Rauf Tağıyevin qəfildən yola çıxması nəticəsində vurub. Sürücü dərhal onu xəstəxanaya çatdırıb və Bakıda müalicəsinin, o cümlədən cərrahi əməliyyatın bütün xərclərini, öz üzərinə götürüb. (bastainfo.com)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300