YAP-çı gənclərə mənzillə bağlı güzəşt olacaq- Bina hazırdır

 

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illiyi münasibətilə Bakının Heydər Əliyev prospektində yeni mərkəzi qərargah inşa olunub.

 

Bunu Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev Modern.az-a açıqlamasında deyib.

 

"Hazırda binada son tamamlama işləri görülür. Yeni inşa olunan binanın açılışı bu ilin axırlarında baş tutacaq. Bu bina arxitektura və funksional cəhətdən şəhərə yaraşıq verən müasir tipli binadır”.

 

Deputat qeyd edib ki, Bakının Səbail rayonu ərazisində, jurnalistlərin binasının yaxınlığında hakim YAP işçiləri üçün yaşayış binası da inşa edilib.

 

"İpoteka krediti vasitəsilə YAP işçilərinə, xüsusilə də partiya sıralarında olan gənclərin sosial vəziyyətinin yaxşılaşdırmaq üçün belə bir şərait yaradılıb. Biz bununla bağlı cənab Prezidet İlham Əliyev başda olmaqla, YAP-ın icra işçilərinin hər birinə təşəkkür edirik”.

 

Qeyd edək ki, YAP-ın hazırkı mərkəzi qərargahı "Sahil” bağı ilə üzbəüzdə yerləşir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300