"Ukrayna hazırda BMT Təhlükəsizilik Şurasının üzvüdür. Amma biz Rusiyanı məsuliyyətə cəlb edə bilmirik. Ona görə ki, onun veto hüququ var".

APA-nın xəbərinə görə, bu sözləri Ukraynanın xarici işlər naziri Pavlo Klimkin deyib. O bildirib ki, BMT-nin işində problem və qeyri-effektivlik var: "Əsas məsələ bu sahədə həmrəylikdir. Biz bir-birimizə kömək etməliyik. Məsələn, Azərbaycan bizə aktiv olduğu təşkilatlarda kömək edir. İslam Əməkdaşlıq Təşkilatını göstərmək olar. Biz gələcəkdə ora müşahidəçi üzv olmaq istəyirik. Hamımız ərazi bütövlüyümüzü bərpa etmək istəyindəyik və buna görə bütün yollara əl atmalıyıq. Ən yaxşı yol təbii ki, siyasi yoldur".

Nazir Dağlıq Qarabağ və Ukrayna məsələsi arasında paralellik aparmaq istəməyib: "Qarabağ məsələsi başqa siyasi şərtlərdə baş verib. Qarabağ məsələsi real dondurulmuş münaqişədir ki, bu da yalnız Rusiyanın marağındadır".

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300