Neftçala İcra hakimiyyəti binası Polis əməkdaşları tərəfindən blakadaya alınıb."Xeberman.com” yerli mənbələrdən aldığı məlumata görə bu gün Neftçala rayonunda etiraz aksiyası gözlənilirdi.İki gün öncə bu barədə məlumat yayılmışdı.Sosial şəbəkə üzərindən,eləcədə kağız elanlarla çağırış edilmişdi.Çağırışda Rayon sakinlərin Neftçala İcra Hakimiyyəti önündə bu gün səhər saatlarında aksiyaya dəvət olunublar.Və digər rayonlarda keçiriliən aksiyalara dəstək nümayiş etdirəcəkləri bildirilirdi. Mənbənin bildirdiyinə görə ,bu gün rayonun mərkəzi ,yəni İcra Hakimiyyəti binası ilə kəsişən yollar bağlı olub.rayonun digər yolları isə Patrul əməkdaşları nəzarətdə saxlayıb.

Xatırladaq ki,Azərbaycanın müxtəlif bölgələrində qiymət artımından narazı kütlənin rayon İcra hakimiyyəti binası önündə və eləcədə yolların kəsilməsinin şahidi olduq.Yanvar ayının 8-i Neftçala rayonunda 500-ə yaxın balıqçı Neftçala-Salyan magistral yolun bağlamışdı.Balıqçıların tələbi yaradılan süni problemin aradan qaldırılması idi.KİV-də yayılan son informasiyalarda İcra başçısı İsmayıl Vəliyevə balıqçıların hücüm etdiyi göstərilirdi.

Rayonda nəzarəti ələ almaq üçün 15 yanvar AXCP Neftçala şöbəsinin sədri Əflatun Əhmədzadə Polis şöbəsinə çağırılmışdı.Əflatun Əhmədzadənin bildirmişdiki,tanışlıq məqsədi ilə çağrılıb və qanuna zidd əməllərdən uzaq durulması tövsiyə olunmuşdu.O da öz növbəsində apardıqları mübarizənin qanun çərçivəsində olmasın vurğulamışdı.

Dünən yayılan məlumatlarda jurnalist Saday Fərəcovun Polis bölməsinə çağırılması göstərilirdi.Xatırladaq ki,Saday Fərəcov son Parlament seçkilərində Neftçala rayonundan Müsavat Partiyası tərəfindən namizədliyi qeydə alınmışdı.Məhz rayonda aksiya xəbəri S.Fərəcovun təsisçisi olduğu "uluyol.info” xəbər portalında yayımlanmışdı.Xəbərman.com-a Saday Fərəcov Polisə çağırılma səbəbin danışdı: "Dünən səhər saatlarında Neftçala Polis şöbəsindən mənə zəng olundu və görüşmək istədiklərin bildirdilər.Məndə etiraz etmədim.Rəislə görüşdük.Rəis,polkovnik-leytenant Vüsal Şəbəndiyevlə rayonda son ictimai-siyasi proseslərdən danışdıq.Rəis bildirdiki ” mən bu rayona yeni təyin olunmuşam və istəyirəm rayonda ziyalı,ictimai fəallarla tanış olum”.Saytımızda yayımlanan xəbərə toxundu.Və məndə rəhbəri olduğum sayta yayılan məlumatın mənbə əsasında yayıldığın bildirdim.”

Xeberman.com-un əldə etdiyi son məlumatlara görə rayonda aksiya xəbərlərinin sosial şəbəkələrdə yayılmasına iştirak edən iki nəfər həbs olunub.Həbs olunanlarla bağlı xəbəri dəqiqləşdirib ,oxuculara məlumat verəcik.

Xəbərman İnformasiya Şöbəsi

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300