"Barselona”da istefalar

 

"Barselona” klubunun vitse-prezidenti Karles Villarubi və idarə heyətinin üzvü Xordi Mones istefa verib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb La Liqanın ötən turunda "Las Palmas”la qarşılaşmanın təxirə salınmaması olub.

 

Məsələ burasındadı ki, Kataloniyada referendum səsverməsi ilə əlaqədar "Barselona” rəhbərliyi İspaniya Futbol Federasiyasından "Las Palmas”la matçın təxirə salınmasını tələb etmişdi. Lakin federasiya bu tələbi rədd etmiş, meydana çıxmayacağı təqdirdə "Barsa”nı 6 xalının silinəcəyi ilə hədələmişdi.

 

Qarşılaşma baş tutsa da, rəhbərlik federasiyaya etiraz əlaməti olaraq matçın boş tribunalar önündə oynanılmasını qərara almışdı. Görüşün keçirilməsi qərarından məmnun qalmayan Karles Villarubi və Xordi Mones vəzifələrindən istefa veriblər. Klubun daha bir neçə rəsmisinin onlara qoşulması gözlənilir.

 

Qeyd edək ki, "Las Palmas” üzərində 3:0 hesablı qələbə qazanan "Barselona” 7 turdan sonra itkisiz irəliləyir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300