Polşada azarkeşlər futbolçuları döydülər

 

Polşa Ekstraklasasının XI turu çərçivəsində "Lex”lə qarşılaşan "Legiya” 0:3 hesablı məğlubiyyətə üzülüb. Apasport.az saytının məlumatına görə, bu yenilgi "Legiya”lı futbolçulara baha başa gəlib.

 

Belə ki, bundan öncə "Yagelloniya”ya, ardınca isə "Lex”ə məğlubiyyət azarkeşlərin səbr kasasını daşırıb. Sonuncu yenilgidən sonra stadionun çıxışında bir qrup fanat oyunçuları gözləyib.

 

Futbolçular isə azarkeşlərin sadəcə söhbət edəcəklərini düşünərək onlara yaxınlaşıblar. Qəfildən hücum edən fanatlar futbolçuları döyməyə başlayıblar. Qarşıdurma zamanı "Legiya”nın əfsanəsi və hazırda klubda köməkçi məşqçi kimi işləyən Aleksandr Vukoviç də döyülüb.

 

Ardınca isə fanatlar futbolçulara əgər belə oynamağa davam etsəniz, biz yenə gələcəyik deyə xəbərdarlıq ediblər.

 

Qeyd edək ki, 11 oyundan sonra aktivində 16 xal olan "Legiya” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300