Milli Məclisdə "Kürdüstan dövləti” müzakirəsi -"Cəhənnəm olsun...”

 

Milli Məclisin iclasında son vaxtlar separatçıların keçirdiyi referendumlarla bağlı çıxışlar olub, həmçinin bir azərbaycanlı məmurun "Kürdüstan”ı dəstəkləməsinə reaksiya verilib.

Deputat Vahid Əhmədov məsələyə münasibət bildirərək deyib: "Necə ola bilər ki, sən cibində Azərbaycan pasportu daşıyırsan, amma buradan Kürdüstanı müdafiə edirsən? Mən cənab baş prokuror Zakir Qaralovdan xahiş edirəm ki, bu məsələyə çox ciddi yanaşsın! Əgər bu məsələyə ciddi diqqət yetirilməsə, gələcəkdə Azərbaycana çox ciddi problem yarana bilər”.

Deputat Fazil Mustafa Laçın rayon İcra Hakimiyyətində işləyən bir məmurun Azərbaycana həqarət etdiyini bildirib: "Kiminsə hansısa xalqa simpatiyası normal qəbul olunur. Amma müstəqil Kürdüstana görə Azərbaycan pasportunu yandırmaq istəyən adam Azərbaycan üçün böyük təhlükədir. Azərbaycan pasportu dəyərlidir, onu yandırmaq istəyən cəhənnəm olsun yaşadığı ölkəyə! Aqanbekyanın çıxışını xatırlayın! Biz Kərkük türklərini dəstəkləyirik, amma ondan öncə Türkiyə ilə siyasətimizi uzlaşdırmalıyıq”.

Deputat Fərəc Quliyev də dedi ki, kürd referendumunun Azərbaycana birbaşa aidiyatı var: "Kürd muxtariyyatının televiziyalarında Azərbaycan ərazilərinə də iddialar əksini tapır. Biz buna susa bilmərik. Biz həm kürd referendumu, həm də Kataloniya ilə bağlı ayrıca müzakirələr aparlamlıyıq. Biz Dağlıq Qarabağla bağlı dəstək almaq istəyiriksə, həm İspaniya, həm də Türkiyəni müdafiə etməliyik”. F.Quliyev Dağlıq Qarabağ və büdcə talamaları ilə bağlı da xüsusi iclas keçirilməsini təklif etdi.

E.Paşasoy, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300