ABŞ-ın Las-Veqas şəhərində "Route 91" kantri-musiqi festivalına hücumda ölənlərin sayı 58 nəfərə çatıb.

"Report" "Hurriyet"ə istinadən xəbər verir ki, 64 yaşlı Stiven Paddokun 32-ci mərtəbədən kütlənin üzərinə atəş açması nəticəsində yaralıların sayı 500 nəfəri keçib.

İŞİD terror təşkilatı hücumun məsuliyyətini üzərinə götürüb. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi isə hadisənin İŞİD-lə heç bir əlaqəsini tapmadığını açıqlayıb.

****

Las-Veqasda festivala toplaşanların atəşə tutulması nəticəsində ölənlərin sayı 50-ni keçib.

"Report" xəbər verir ki, bu barədə şəhərin şerifi Cozef Lombarqo bildirib.

Onun sözlərinə görə, silahlı insident nəticəsində 200-dən çox adam yaralanıb.

***

ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalı iştirakçılarına atəş açılması nəticəsində 20-dən çox insan həlak olub, 100-dən çox yaralı var.

APA-nın "Röyters" agentiyinə istinadən verdiyi məlumata görə, bu barədə Las-Veqasın Polis Departamentinin rəhbəri bildirib.

***
Las-Veqasda baş verən atışma zamanı 2 nəfərin öldüyü təsdiqlənib. APA-nın məlumatına görə, bu barədə "Reuters” yerli xəstəxanaya istinadən xəbər yayıb.

Atışma nəticəsində 24 nəfərin yaralandığı bildirilir.

Hadisənin törədən şəxsin axtarışları davam etdirilir.

***
Las-Veqasda kazinolardan birinin yaxınlığında atışma olub.

APA-nın "The Sun” nəşrinə istinadən verdiyi xəbərə görə, "Mandalay Bay Casino" ətrafında baş verən insident nəticəsində xeyli sayda ölənin olduğu bildirilir. İndiyədək 20-dən artıq şəxs xəstəxanaya çatdırılıb.

Polisin yaydığı xəbərdarlıqda insanların həmin ərazidən uzaqlaşması xahiş olunub. Kazinoya yaxın yollarda hərəkət məhdudlaşdırılıb.

Faktla bağlı araşdırma başladılıb.


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300