Taliban polis bölməsini ələ keçirdi - Hücum
Taliban terror qruplaşması Əfqanıstanın şimalındakı Cövzcan vilayətində yerləşən polis bölmələrindən birinə hücum edib.
Axar.az xəbər verir ki, Cövzcan polis bölməsinin rəhbəri Fakir Məhəmməd Cövzcani açıqlamasında hücum zamanı 5 polisin həlak olduğunu bildirib.
Cövzcani hadisədən sonra Taliban üzvlərinin polis bölməsindəki silahları apardığını söyləyib