Mövsüm Səmədovun kassasiya şikayətinə baxılacaq

 

Ali Məhkəmə prosesin vaxtını müəyyənləşdirib

 

Azərbaycan İslam Partiyasının həbsdə olan sədri Mövsüm Səmədovun kassasiya şikayəti üzrə məhkəmə prosesinin vaxtı məlum olub.

 

Vəkil Yalçın İmanovun Meydan TV-yə verdiyi məlumata görə, kassasiya şikayətinə noyabrın 22-də Ali Məhkəmədə baxılacaq. Prosesə hakim Əli Seyfəliyev sədrlik edəcək.

 

Bir müddət əvvəl 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Rauf Məmmədov Qaradağ rayon Məhkəməsinə təqdimat verərək bildirib ki, Mövsüm Səmədov islaholunmaz məhkumdur. Məhkumlar arasında radikal dini söhbətlər, təbliğat aparır. Rəis təqdimatında Mövsüm Səmədovun 3 il müddətinə Qobustandakı qapalı rejimli həbsxanaya göndərilməsini istəyir.

 

Qaradağ rayon Məhkəməsində M.Səmədovun cəza rejiminin dəyişdirilməsi ilə bağlı təqdimata baxılıb. Məhkəmə təqdimatı təmin edib. M.Səmodovun 3 il müddətinə qapalı rejimli həbsxanaya köçürülməsi barədə qərar qəbul edib. Həmin qərardan verilən apelyasiya şikayəti isə təmin edilməyib. Şikayətdə qərarın ləğvi istənilib. Bundan sonra M.Səmədov vəkili vasitəsilə kassasiya şikayəti verib.

 

M. Səmədov 2011-ci ildə dövlət çevrilişinə cəhddə və qanunsuz silah saxlamaqda təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.

 

O, ittihamları qəbul etmir, saxta adlandırır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300