Kataloniyada vəziyyət gərginləşir

 

1 oktyabrda müstəqillik referendumuna hazırlaşan Kataloniya İspaniya hökümətinin müdaxiləsinə baxmayaraq mübarizəyə davam edir.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, referenduma müdaxilə edən ispan polisinə katalan fermerlərdən cavab gəlib. Barselona küçələrini traktorlarla dolduran fermerlər polislərin seçki məntəqələrinə çatması və prosesə müdaxilə etmələrinə mane olmağa cəhd edirlər.

Digər tərəfdən isə, İspaniya höküməti seçki keçirilməsi planlaşdırılan məktəb və binalara müdaxilə etməyə çalışır. Dövlət binalarının 1 oktyabr səhər saat 6-ya qədər bağlı qalması üçün göstəriş verilsə də, müstəqillik tərəfdarı katalanlar ailə üzvləri ilə birlikdə məktəblərdə keşik çəkir.

Bu günə qədər milyonlarla seçki kağızı və zərflər ələ keçirilib. Kataloniya höküməti isə xalqı seçki prosesi baş tutmasa belə seçki məntəqələrinə gəlməyə və prosesə dəstək verməyə çağırır.

İspan höküməti referendumun qarşısını almaq və proseslərə müdaxilə etmək məqsədilə sərnişin gəmiləri ilə bölgəyə 4 min polis işçisi göndərib.

İnternet vasitəsilə planlaşdırılan elektron səsvermə və bunun üçün açılan saytlar polisin Xəbər Texnologiyası və Telekommunikasiya Mərkəzi və Kataloniya Xəbər Təhlükəsizlik Mərkəzinə müdaxiləsindən sonra bağlanıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300