Prezident İlham Əliyev Rusiya Təhlükəsizlik Şurasının katibini qəbul edib

 

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 30-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib.

"Azərtac" xəbər verir ki, dövlət başçısı iki ölkə arasında ikitərəfli münasibələrin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə uğurla inkişaf etdiyini bildirib, iqtisadi-ticarət əməkdaşlığının genişləndiyini, idxal-ixrac əməliyyatlarının yaxşı inkişaf dinamikasına malik olduğunu vurğulayıb.

Təhlükəsizlik sahəsində Azərbaycan ilə Rusiya arasında ənənəvi sıx əmədaşlığın mövcud olduğunu deyən Prezident İlham Əliyev qeyd edib ki, dünyada və regionumuzda təhdidlərin artdığı bir dövrdə iki ölkənin yaxın təmasda olmasının önəmi artır və Nikolay Patruşevin Azərbaycana səfəri zamanı müzakirə edilən məsələlər bu baxımdan böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin səfəri səmərəli nəticələr verəcək və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcək.

Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırıb. N.Patruşev təhlükəsizlik sahəsində Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayaraq deyib: "Biz Sizinlə görüşdən çox məmnunuq, eləcə də Təhlükəsizlik Şurası xətti ilə əməkdaşlığımıza böyük önəm veririk və bu sahədə əlaqələr çox konskruktiv şəkildə inkişaf edir. Biz Azərbaycan tərəfi ilə dünyada meydana çıxan yeni təhdidlərin və bunlarla ikitərəfli qaydada mübarizənin yollarını müəyyənləşdiririk. Biz azərbaycanlı dostlarımıza çoxtərəfli səviyyədə keçirilən tədbirlərdə iştirakına görə minnətdarıq. Biz bunda maraqlıyıq”.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçsısı Rusiya Prezidenti Vladimir Putinin salamlarına və xoş arzularına görə minnətdarlığını bildirib, onun da salamlarını və xoş arzularını Rusiya Prezidentinə çatdırmağı xahiş edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300