Kataloniyanın paytaxtı Barselonanın hava sahəsi İspaniya hökumətinin qərarı ilə bağlanıb.
Axar.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı informasiya yayıb.
Məlumata görə, İspaniyanın mülki aviasiya qurumu Barselonanın hava sahəsinin 2 oktyabra qədər kiçik təyyarə və helikopterlərə bağlandığını açıqlayıb.
Hava sahəsinin bağlanmasına səbəb kimi referendum öncəsi baş verməsi ehtimal olunan nümayişlər zamanı havadan çəkiliş aparılmasının qarşısının alınması göstərilib.