Rayon Asfalt Zavodunun direktoru Şükür Aslanov hamının gözü qarşısında kef məclisi qurub 

Manatın dəyərdən düşməsindən sonra sürətli şəkildə baş qaldırmış bahalaşma əleyhinə etirazlar start götürsə də, bu bəzi məmurlar üçün dərs olmayıb. Daha doğrusu, onlar hələ də ölkədə nəyin baş verdiyini anlamaqda çətinlik çəkirlər.

Uluyol.info JAM.AZ-istinadən  xəbər verir ki, bir neçə gün əvvəl İmişli rayonunda etirazların baş verəcəyinə dair xəbər yayılan kimi, adı un və buğda monopoliyasında çəkilən deputat Əsabil Qasımov camaatı ələ almaq üçün ucuz varianta əl atdı. Belə ki, İmişlidəki stadiona camaatı yağaraq, onlara bir az un, bir az makaron paylayaraq, vəziyyəti düzəltməyə çalışdı. Lakin…
 İmişlidə məmurlar isə öz keflərindədirlər. Onlar əvvəlki dövrlərdən fərqli olaraq, artıq açıq şəkildə ziyafətlər qurur, camaatın gözü qarşısında kef məclisləri təşkil edirlər. 

Məsələn, İmişli Asfalt Zavodunun direktoru, rayonda böyük biznes şəbəkəsinin olması ilə tanınan Şükür Aslanov yanvarın 15-i saat 20:00 radələrində Bəciravan kəndində fəaliyyət göstərən «Çinarlı» restoranında kef məclisi təşkil edib. JAM.AZ-a verilən məlumata görə, yaxın dostları ilə birlikdə yeyib-içən zavod direktoru hər şeyi o qədər unudub ki, hətta restoranın qapısı ağzıda gülüşündən qulaq tutulurmuş. 

Hadisə şahidlərinin dediyinə görə, Şükür Aslanov və başının dəstəsinin hərəkəti onsuz da vəziyyəti ağır olan rayon camaatının qəzəbinə səbəb olub. Hətta bir neçə şəxs ona yaxınlaşaraq, «camaatın bu vəziyyətində nümayişkəranə şəkildə belə kef məclisi qurmaqdan utanmırsan» deyiblər. Amma öiznesmen zavod direktoru başını aşağı salmaq əvəzinə, şaqqanaq çəkərək gülməyindən qalmayıb. 

Belə məclislər təşkil edən məmurlar arasında daha biri var. Həmin şəxsin İmişli Maliyyə İdarəsinin rəisinin olduğu deyilir. Bildirilir ki, ayın yarısından çoxunu Bakıda keçirən rəisin əksər bahalı restoranların müştərisi olduğu iddia edilir. 

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300