Qiyasın atasına açılan "cinayət işi” nə  Müsavat başqanından sərt təpki

"Qiyas İbrahimov məzmununda təhqir belə olmayan cümləsinə görə 10 il müddətinə azadlıqdan məhrum edilib”.

Azərbaycan Ədliyyə Nazirliyinin İstintaq İdarəsində Qiyas İbrahimova və atası Həsən İbrahimova Cinayət Məcəlləsinin 289.2-ci maddəsilə (Məhkəməyə hörmətsizlik) cinayət işi qaldırılıb. Bu məsələyə münasibət bildirən Müsavat başqanı Arif Hacılı öz "Facebook” səhifəsində bu sözləri yazıb.

"Yalnız Qiyas İbrahimova münasibətinə görə hakimiyyətin fərqli düşüncəyə dözümsüzlüyünü, intellektual gəncliyi məhv etmək niyyətində olduğunu və əndazəsiz qisasçılığını müəyyən etmək mümkündür.

– Qiyas İbrahimov məzmununda təhqir belə olmayan cümləsinə görə 10 il müddətinə azadlıqdan məhrum edilib.
– Qiyas İbrahimov elminə, zəkasına görə fərqlənən, belə müsabiqələrin qalibi olan gəncdir.
– Qiyas İbrahimovun həbsi ilə rahat olmayan hakimiyyət indi də onun atası haqqında cinayət işi qaldırıb.”

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300