"Kürd dövləti"ni tanıyan laçınlı məmur meydan oxudu

 

Məni işdən çıxarmayıblar, işdəyəm və öz işlərimlə məşğulam.

Bunu Report-a Laçın Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq şöbəsinin müdiri Füzuli Tanirverdiyev deyib.

Şöbə müdiri bildirib ki, işdən çıxarılması ilə bağlı yayılan məlumat yanlışdır: "Qaçqın rayonuq, hər kəsin öz işi var. Məsəlçün bir yanlışlıq olub. Məgər bu yanlışlığa görə cavabdeh ümumi rayon və ya ümumi ölkədi? Adam heç öz doğma balasına cavabdeh ola bilmir. Mənim işdən çıxarılmağımla bağlı məlumatlar da yanlışdı. Nə çıxartmaq? Mən adam öldürüb cinayət törətməmişəm, rüşvət alıb korrupsiyaya bulaşmamışam ki, işdən çıxarsınlar. Əgər yenə də çıxaracaqlarsa, dövlətimiz sağ olsun. Mən hər zaman demişəm, əgər etimadı doğrultmamışamsa, bu mənim səhvimdir. O sözü ki, Füzuli deyir, o sözü ki, Füzuli danışır, gerisi yoxdur. Füzuli nə deyibsə, odur. Bu gün də mən burdayam, bu gün də mən işdəyəm və öz işlərimlə məşğulam".

Laçın RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynurə Həsənova deyib ki, Hüquq şöbəsinin müdiri ilə bağlı hər hansı cəza tədbiri görülməyib: "İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli də açıqlamasında deyib ki, məsələ ilə bağlı lazımi ölçü götürüləcək. Hələlik belə bir şey yoxdur”.

Qeyd edək ki, F.Tanirverdiyev özünün Feysbuk profilində İraqın şimalında yerli hökumətin keçirdiyi "referendum"u dəstəkləyən fotolar yayıb. Onun hərəkəti Feysbukda və mətbuatda ciddi tənqid olunub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300