Ərdoğan: "Bərzani özünü oda atıb”

 

"İraqın şimalındakı son məsələlər bizi məyus etsə də, öhdəsindən gələ bilməyəcəyimiz bir şey deyil”.

APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Polis Akademiyasının buraxılış mərasimində deyib.

O bildirib ki, Şimali İraq bölgəsinin rəhbərliyi lazımsız müstəqillik təşəbbüsü ilə özünü oda atıb: "Dövlət idarə etmək üçün tayfa başçısı olmaq kifayət deyil. Kim sənin müstəqilliyini qəbul edəcək? Otur, oturduğun yerdə! Paran-pulun var, neftin var, dinc dayan! Hər halda ona ciddi təşviqlər olub və o, bu addımı atıb. Məsud Bərzani özünü oda atıb. Bizimlə 350 km sərhədin var. Bizimlə və ya İranla bu barədə müzakirə apardınmı? Biz sonuna qədər xəbərdarlıq vəzifəmizi yerinə yetirəcəyik. Suriya məsələsinin ölkəmizə təsir etməsinə imkan vermədiyimiz kimi, İraqda təşəbbüs edilən bu fitnəni də dayandıracağıq”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300