ABŞ bu addımla Qarabağın işğal olunduğunu təsdiqləyir

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bu həftə Xaçmaz rayonunda olarkən belə bir açıqlama verdi ki, son vaxtlar ABŞ-Azərbaycan əlaqələrində irəliləyiş müşahidə olunur. Robert Sekuta əlaqələrin inkişafına misal kimi neft müqaviləsinin müddətinin uzadılmasını göstərdi. Bu müqavilədə ABŞ şirkətləri də yaxından iştirak edir. Bundan başqa, amerikalı səfir iki ölkənin əməkdaşlıq edə biləcəyi bir sıra başqa sahələrin olduğunu və onları diqqətdə saxladıqlarını bildirdi. Görəsən, ABŞ-ın Azərbaycandakı səfiri əməkdaşlığın inkişafı üçün daha hansı sahələri nəzərdə tutur?

Axar.az xəbər verir ki, bu sözləri amerikalı səfirin son açıqlamasını şərh edən Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Robert Sekuta özündən əvvəlki səfirlər kimi ABŞ-la Azərbaycan arasındakı əməkdaşlığın bir neçə istiqamətini göstərib:

"Bunlar enerji, təhlükəsizlik və iqtisadi sahədəki əməkdaşlıqlardır. Sekuta iki ölkə arasında birinci sahədəki əməkdaşlığı yüksək qiymətləndirir. Təhlükəsizlik sahəsindəki əməkdaşlığın ən böyük nümunəsi Əfqanıstandır. ABŞ-ın istəyi ilə Azərbaycan Əfqanıstanda sülhyaratma missiyasında iştirak edir. İqtisadi sahədəki əməkdaşlıqda iki ölkə arasında böyük ticari münasibətlər olmasa da, hər halda, bu sahədəki münasibətlərdə problemlər də yoxdur.

Ancaq Azərbaycanın siyasi və ictimai dairələrinə aydın deyil ki, Vaşinqton Azərbaycanı strateji tərəfdaş adlandırarkən Konqres niyə müxtəlif məqsədlərlə Dağlıq Qarabağ separatçılarına yardım ayırır və ya amerikalı konqresmenlər işğal altındakı bölgələrə niyə qeyri-qanuni səfərlər edirlər? Məsələn, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri Frenk Pallone və Tulsi Qebrdin bir neçə gün əvvəl Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər ediblər. Aydındır ki, Konqresdə erməni lobbisinin təsiri altında olan konqresmenlər var və Pallone onların ən parlaq nümayəndəsidir. Ancaq Pallone və digərləri işğal altındakı torpaqlara səfər etməklə ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirirlər və Dövlət Departamenti bu haqda onları bilgiləndirməlidir”.

Politoloq buna baxmayaraq, ABŞ-Azərbaycan əməkdaşlığının alternativinin olmadığını qeyd edib:

"Məsələn, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Cocuq Mərcanlı kəndində iqtisadi inkişaf və icma bacarıqlarının artırılmasına dair proqram həyata keçirməyə başlayıb. ABŞ-ın Cocuq Mərcanlıda fəaliyyətlərə qatılması USAİD-ın missiya rəhbəri Mikaela Meredisin kəndə səfərindən sonra mümkün olub. USAİD-ın işğaldan azad olunan Cocuq Mərcanlıda sosial proqram həyata keçirməsi Azərbaycan üçün olduqca vacibdir. Bundan iki mühüm nəticə çıxır:

Birincisi, USAİD-nin Cocuq Mərcanlıda sosial proqramlar həyata keçirməsi o deməkdir ki, ABŞ bu kəndin vaxtilə separatçılar tərəfindən işğal edildiyini və dağıdıldığı faktını təsdiq edir və indi kəndin yenidən qurulmasında iştirak edir.

İkincisi, USAİD-nin Cocuq Mərcanlıda sosial proqramlar həyata keçirməsi o deməkdir ki, gələcəkdə ABŞ işğaldan azad olunan digər torpaqlarda da sosial proqramların həyata keçirilməsində iştirak edəcək”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300