Kəlbəcər köçkünü nazirdən oğruların tapılmasını xahiş edir

Kəlbəcərdən məcburi köçkün, hazırda Bərdənin Ləmbəran kənd ərazisində otlaq sahəsində məskunlaşmış Dəmir Alıyev Vəli oğlu "uluyol"-a şikayət məktubu ilə müraciət edib. İyulun 20-də qonşuları onun heyvanını oğurlayıblar. D.Alıyev bununla bağlı 102 xidmətinə zəng edib və faktla bağlı cinayət işi başlanıb. Məcburi köçkün özü də ayrıca təhqiqat apararaq heyvanı oğurlayan, ona kömək edən və kəsinti məntəqəsinə təslim edən şəxsləri müəyyənləşdirib. Sonra əlindəki maddi sübutları və səs yazılarını Bərdə Rayon Polis Şöbəsinə təqdim edib. Lakin Bərdə RPŞ işi "araşdıraraq” xitam verib və faktla əlaqədar saxlanan şəxs olmayıb.

D.Alıyev buna etiraz edərək Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa və Bərdə Rayon Prokurorluğuna müraciət edib. O, işin təkrar istintaqa qaytarılmasını, oğurluq edən şəxslərin tapılıb cəzalandırılmasını tələb edib. Onun şikayətindən sonra iş Bərdə Rayon Prokurorluğu tərəfindən istintaqa qaytarılıb. Amma vətəndaşın heyvanını oğurlayan 3 nəfər azadlıqda gəzir, vətəndaşa dəyən maddi zərər ödənilmir, üstəlik, D.Alıyev müxtəlif orqanlara şikayət etdiyi üçün həbslə hədələnir.

Kəlbəcər köçkünü DİN rəhbəri Ramil Usubova müraciət edərək təcili tədbir görülməsini xahiş edir. O, nazirə güvəndiyini qeyd edərək bu işə dırnaqarası baxan Bərdə RPŞ-nə göstəriş verəcəyinə ümidlidir.


"ULUYOL"

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300