Bakının Sabunçu rayonundakı "26 Bakı komissarı” küçəsinin adı dəyişdirilərək "2 aprel” adlandırılıb.

Axar.az xəbər verir ki, sözügedən küçəyə "2 aprel” adının qoyulması hər kəsdə bir qədər çaşqınlıq yaradıb. Küçənin məlum 2016-cı ildə baş verən aprel döyüşləri şərəfinə adlandırıldığı təxmin edilsə də, niyə məhz "2 aprel” qoyulması təəccüb doğurub. Çünki bu tarix qeyd edilmir və təqvimdə də xüsusi olaraq göstərilmir.

Sabunçu Rayon İcra Hakimiyyəti də küçənin niyə məhz "2 aprel” adlandırılmasından məlumatsızdır. İcra hakimiyyətindən bildirilib ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilməlidir. BŞİH-in mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova isə mediaya açıqlamasında məsələdən xəbərsiz olduğunu və cavab almaq üçün Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etməyi məsləhət görüb.

Maraqlıdır ki, küçənin "2 aprel” adlandırılması barədə qərarın Nazirlər Kabinetinin qərarı ilə verilib-verilmədiyi də açıqlanmayıb. Bununla bağlı Nazirlər Kobinetinə edilən zənglərimiz də cavabsız qaldı. NK-nin mətbuat xidməti Akif Əlinin professor Lütfi Zadə ilə bağlı məlum açıqlamasından sonra mətbuatdan gizlənməsi bu sualımızı da cavabsız qoydu.

Rəsmi şəkildə hələ təqvimə Lələtəpənin işğaldan azad edildiyi tarix kimi düşməyən 2 aprel gününün küçə adı kimi rəsmiləşdirilməsi düzgündürmü?

Məsələ ilə əlaqədar axar.az-a danışan millət vəkili Fazil Mustafa bildirdi ki, 2 aprel tarixi xalqın yaddaşına yazıldığı üçün təqvimə yazılmasa da olar:

"Təqvimdə 2 aprel tarixinin göstərilməsi məntiqi cəhətdən doğru deyil. Azərbaycan xalqının yaddaşında 2 aprel Lələtəpənin işğaldan azad edilməsi günü kimi qalıb. Baxmayaraq ki, kiçik bir ərazi azad olunub, ancaq Azərbaycan ordusu öz gücünü göstərərək 2 apreli bizim ermənilərə qarşı olan qələbəmizin tarixi kimi yazıb”.

Deputatın sözlərinə görə, küçənin "26 Bakı komissarı” adlanmasındansa, "2 aprel” adlandırılması daha məqsədəuyğundur:

"Hesab edirəm ki, 2 aprel tarixinin bayram kimi təqvimdə qeyd edilməməsi normal qarşılanmalıdır”.

Qeyd edək ki, Azərbaycanın 26 ildir müstəqil olmasına baxmayaraq, həmin küçənin "26 Bakı komissarı”nın adına olması mətbuatda və sosial şəbəkələrdə etirazlara səbəb olmuşdu.

 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300