Mourinyo bu hərəkətinə görə cəzalana bilər - Şəkil

 

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyonun İngiltərə Premyer Liqasının 6-cı turunda "Sauthempton"la oyunda hakimə qarşı etdiyi hərəkət onun cəzalanması ilə nəticələnə bilər.

Qol.az-ın məlumatına görə, matçın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə Mourinyo texniki zonanı tərk edərək futbolçularına göstəriş verib. Ehtiyat hakim Mourinyonun bu hərəkəti ilə bağlı görüşün baş hakiminə məlumat verib. O, isə portuqaliyalı mütəxəssisi texniki zonadan qovub. Mourinyo isə tribunaya tərəf gedərkən ehtiyat hakimlə toqquşub.

İngiltərə mətbuatı bunun təsadüfən baş verdiyini yazıb. Mourinyo özü də görüşdən sonra hakimlə bağlı irad bildirməyib.

Mourinyo yalnız onun hərəkətinin matçın protokolunda qeyd olunduğu halda İngiltərə Futbol Federasiyası tərəfindən cəzalana bilər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300