avrora_1436159939

Ölkə Prezidenti cənab İlham Əliyevin sahibkarlara qayğı və dəstəyindən bəhrələnən "Avrora” firması yeni iş yelərinin yaradılması, məhsul istehsalının artırılması və keyfiyyətinin yüksəldilməsi sahəsində xeyli nailiyyətlər əldə edərək uğurla inkişaf etmişdir.

Son zamanlar neftin qiymətinin kəskin azalması və bununla əlaqədar manatın ucuzlaşması "Avrora” firmasının da fəaliyyətinə öz mənfi təsirlərini göstərmiş və nəticədə şirkətin gəlirləri nisbətən azalmışdır. Bu isə xarici valyuta ilə alınan və müxtəlif beynəlxalq daşıma şirkətləri vasitəsilə idxal etdiyimiz məhsulların qiymətinə yenidən baxılmasını və artımların aparılması zərurətini yaradıb.

Nəticədə "Avrora” firması istehsal və idxal etdiyi məhsulların qiymətində bəzi artımlar etmək məcburiyyətində  qalıb. Bu artımlar yalnız müəyyən xəclərimizi qarşılamaq məqsədilə idxal xammaldan istifadə olunmaqla istehsal etdiyimiz məhsulların qiymətində 20 faizədək, idxal məhsullarının qiymətində isə 30 faizədək artımdır.

Dövlət başçısı cənab İlham Əliyevin sosial-iqtisadi  islahatlar kursuna daim sadiq olan "Avrora” firması mövcud problemlərin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edəcək və heç bir əsassız qiymət artımına yol verməyəcəkdir.(nia.az)

ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300