Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, iclasda Divan üzvü Razim Əmiraslanlı görülən işlər və qərarların icrası barədə məlumat verib.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlının Yasamal rayon təşkilatının ümumi yığıncağı barədə məlumatı dinlənilib, Cəmil Qambay rayon təşkilatının sədri seçilib.

Müsavat Partiyası rayon təşkilatlarında keçirilən konfrans və ümumi yığıncaqlar barədə məsələ müzakirə olunub.

Divan İraqın şimalında referendum keçirilməsini müzakirə edib və onun regionda yaradacağı gərginliklə bağlı narahatlığını bildirib, İraqın ərazi bütövlüyü və suverenliyini müdafiə etdiyini ifadə edib, Azərbaycan hakimiyyətini mövqe bildirməyə, türkman qardaşlarımızı və Türkiyəni bu mürəkkəb mərhələdə yalnız buraxmamağa çağırıb.


 

Uluyol.biz

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300